Modern.az

Əli Həsənov: “Heydər Əliyevin yanına gedəndə, vahimə içində idim...”

Əli Həsənov: “Heydər Əliyevin yanına gedəndə, vahimə içində idim...”

7 Dekabr 2010, 17:47

Qaçqın vəMəcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov hakim partiyanın saytına verdiyi müsahibəsində mərhum prezident Heydər Əliyevlə bağlı bir sıra maraqlı xatırələrini danışıb. Modern.az müsahibənin oxucular üçün maraqlı olan yerlərini təqdim edir.

1976-cı ildən Heydər Əliyevlə işlədiyini deyən Ə. Həsənov qeyd edib ki,  bugünkü nailiyyətlərinə görə mərhum prezidentə borcludur.

SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovun H.Əliyevi vəzifədən uzaqlaşdırmasına toxunan Ə. Həsənov qeyd edib ki, Heydər Əliyev şəxsi təcrübəsi və idarəçilik qabiliyyətinə görə, digərlərindən xeyli fərqləndiyi üçün Qorbaçov onu keçmiş sovet məkanı ilə bağlı planlarının reallaşması prosesinə təhlükə kimi görürdü. Bu səbəbdən də, Heydər Əliyevi məkrli yolla vəzifəsindən uzaqlaşdırdıqdan sonra bu coğrafiyada hansı hadisələrin baş verdiyini də hər kəs gördü.   

“Bununla yanaşı, ABŞ-ın kəşfiyyat orqanlarının yüksək çinli vəzifəliləri də Heydər Əliyevlə məsləhətləşirdilər. Əlbəttə ki, bu gün dünyanın ən güclü dövləti olan ABŞ-ın rəhbər nümayəndələri Heydər Əliyevin də rəyini öyrənməyə üstünlük verirdilərsə, bu fakt da sübut edir ki, o, dünya miqyasında böyük siyasətçi və fenomen şəxsiyyət olub”.

Ə.Həsənov MDB məkanında son on illiyin əvvələrində baş vermiş hadisələrə diqqət çəkərək deyir ki, həm Gürcüstanın keçmiş prezidenti Şevardnadze, həm də Ukraynanın sabiq rəhbəri Kuçma hər zaman çətin anlarında Heydər Əliyevlə məsləhətləşirdilər.

“Lakin Heydər Əliyev o zaman, səhhətilə bağlı ölkədə deyildi. Məhz, həmin hadisələr zamanı onların Heydər Əliyevlə məsləhətləşə bilməməsi sonrakı hadisələrə yol açdı. Bu faktlar da sübut edir ki, Heydər Əliyev böyük siyasətçi və dövlət xadimidir”-deyə o, Ukraynada və Gürcüstanda baş verən “rəngli inqilab”ları xatırladıb.  

“2001-ci ildə ATƏT-in Minsk qrupunun həmsədrləri ölkəmizə gəlmişdilər. Həmsədrlər Heydər Əliyevə demişdilər ki, Ağcabədidə məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmək istəyirlər. Ümumiyyətlə, deyim ki, ATƏT-in Minsk qrupunun həmsədrləri qaçqın və məcburi köçkünlərlə görüşmürlər. Onların cəmi iki dəfə belə görüşləri olub. Birincisi, Bərdədə, ikincisi isə Ağcabədidə oldu. Heydər Əliyev mənə göstəriş verdi ki, bu görüşü təşkil edim. Görüşün keçirilməsinə 5 gün qalmasına baxmayaraq, Heydər Əliyev həmin müddətdə məndən 3 dəfə soruşmuşdu ki, hazırlıqlar nə yerdədir. Adətən, ümummilli liderimiz tapşırığı bir dəfə verirdi. Amma 4 gün ərzində 3 dəfə hazırlıqlarla bağlı soruşması məndə düzü şübhə yaratdı. Yəni, nə istədiyini konkret demirdi. Əgər konkret tapşırıq versəydi, deyərdi ki, bunu və digərini et. Bununla da, hər şey bitərdi. Amma nədənsə, heç bir şey demirdi. Bir qədər götür-qoy etdikdən sonra işləri lazımi şəkildə qurdum.

Görüş günü ATƏT-in Minsk qrupu qaçqın və məcburi köçkünlərin sualları qarşısında çox pis vəziyyətdə qaldılar. İnsanlar ürəklərində nə var idisə, açıq-aydın şəkildə onlara dedilər.

Həmsədrlər isə mənə dedilər ki, «bu insanlar niyə bu qədər dəyişiblər. Keçən il belə deyildilər».

Mən cavabında dedim ki, «gələn il gəlsəniz, vəziyyət bundan da pis ola bilər. Doğma yurdsuz nə etməlidirlər ki?».
Bakıya qayıtdıqdan sonra Heydər Əliyevlə danışdım. Amma əvvəlcə vahimə içərisində idim. Çünki, bilirdim ki, Heydər Əliyev nəsə istəyir. Amma atdığım addımın düz olduğuna tərəddüdlə yanaşırdım. Sonra isə olan şeylərin hamısını Heydər Əliyevə danışdım və o, həmin gün göstəriş verdi ki, orada çəkilənlərin hamısını dövlət televiziyasında yayımlasınlar.

Məhz, Heydər Əliyevlə işləməyin çətinliyi də bunda idi. Heydər Əliyev məsələni elə qoyurdu ki, tapşırığı elə verirdi ki, onun nə istədiyini özün tapmalı idin.
Yadımdadır, Goranboyda Ağcakənd qəsəbəsində Xocalıdan və Ermənistandan olan qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbədə görüş keçirilmişdi. Görüş zamanı güclü dolu yağmasına baxmayaraq, heç bir nəfər belə yerindən tərpənməmişdi. Suyun içində olan insanlar gülümsəyərək, öz ümummilli liderlərinə olan sevgilərini nümayiş etdirirdilər”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir