Modern.az

Hüquqşünas İlham Rəhimov Ramil Səfərovla görüşüb

Hüquqşünas İlham Rəhimov Ramil Səfərovla görüşüb

8 Dekabr 2010, 13:55

Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov rəsmi dəvətlə dekabrın 6–7-də Macarıstanda səfərdə olub. Səfər çərçivəsində İ.Rəhimov Budapeştdə ölkənin bir sıra dövlət və hökumət rəsmiləri ilə maraqlı görüşlər keçirib. Bu barədə Modern.az saytına İ.Rəhimov özü məlumat verib.

İ.Rəhimov bildirib ki, səfəri zamanı yadda qalan görüşlərindən biri Macarıstanda həbsdə olan həmyerlimiz, Milli Ordunun zabiti Ramil Səfərovla olub. Görüş barəsində danışan İ.Rəhimovun sözlərinə görə, Ramil həbsxanada özünü çox ləyaqətli və təmkinli aparır:

“Görüş zamanı imkanım oldu ki, həbsxana rəhbərliyi və dustaq yoldaşları ilə təmasda olum. Bu insanlar Ramilin nümunəvi davranışından, səmimiliyindən razılıqla danışırdı. O, həbsxanada olduğu vaxtdan da səmərəli istifadə etməyə çalışıb. Macar dilində sərbəst danışa bilir, hazırda ingilis dilini öyrənir, mütəmadi olaraq idmanla məşğul olur. Ramil Azərbaycanda gedən proseslərdən də xəbər tutur, xüsusilə Qarabağla bağlı prosesləri yaxından izləyir. Mən onun çoxlu kitablar mütaliə etdiyinin də şahidi oldum. Mən Ramillə görüşdən böyük məmnunluq duydum. Ramilin ötən 7 ildə sınmamağı, nikbinliyi və məğrurluğu onun ruhən çox güclü olduğunun göstəricisi idi. O deyirdi ki, Azərbaycan xalqı sağ olsun, çətin anlarında onu tək buraxmayıb və bu gün onun yalnız mənəvi dəstəyə ehtiyacı var. Ramillə görüşdə Azərbaycana salamını çatdırmağımı xahiş etdi”.

İ.Rəhimov Budapeştdə rəsmi şəxslərlə gürüşündə Ramil Səfərovun Azərbaycana ekstradisiyası barədə də müzakirələr aparıb.

Baş leytenant Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası alıb.        

Ramil Sahib oğlu Səfərov 26 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrəti yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məkrəbdə təhsil almağa istiqamətləndirib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olub, sonra isə təhsilini Türkiyədə davam etdirib.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu