Modern.az

Təhsil Nazirliyi müəllimlərə töhmət verib, işdən azad edib...

Təhsil Nazirliyi müəllimlərə töhmət verib, işdən azad edib...

Ölkə

8 Dekabr 2010, 15:59


Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: [email protected]) cari ilin oktyabr və noyabr aylarında 1854 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, həmin müraciətlərdən 1535-i telefonla, 319–u isə elektron poçt vasitəsilə qəbul edil­ib.

Sorğu xarakterli müraciətlərin çoxu məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali məktəblərə dair məsələlərlə bağlı olub. Müraciətlərin digər qismi isə məktəbli forması, dərs bölgüsü, xaricdə təhsil, özəl ali məktəblər və s. məsələlərə aid problemləri əhatə edib. 

Nazirlikdən bildirilib ki, ümumtəhsil məktəbləri ilə əlaqədar müraciətlərin 207-si Bakıdan, 11-i Yardımlıdan, 10-u Sumqayıtdan, hər birindən 5-8 olmaqla Cəlilabad, Quba, Goranboy, Göygöl və Mingəçevirdən, hər birindən 3 olmaqla Lerik, Daşkəsən, Ağsu, Şamaxı və Samuxdan qəbul olunub.

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu, ödəniş haqqı, iş rejiminə dair və s. sorğular “Qaynar xətt” xidmətinin növbətçiləri tərəfindən cavablandırılıb.

Ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, dərs bölgüsü, dərsliklərin şagirdlərə çatdırılması, habelə ali təhsil müəssisələrinə tələbələrin köçürülmə və bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması və s. ilə bağlı çoxsaylı sorğulara xidmət əməkdaşları və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən aydınlıq gətirilib.

Ötən iki ay ərzində Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədar daha çox müraciət qəbul olunub. Bu təhsil müəssisəsinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziya) qüvvədə olma müddətinin uzadılmaması barədə Təhsil Nazirliyinin 01.09.2010-cu il tarixli 1200 nömrəli əmrinin icrası ilə əlaqədar daxil olan bütün sorğular müvafiq sənədlərə uyğun cavablandırılıb.

“Qaynar xətt” xidmətinə daxil olan şikayət xarakterli müraciətlər diqqətlə araşdırılıb və onları törədən amillərin aşkar olunub aradan qaldırılması istiqamətində konkret tədbirlər həyata keçirilib. Bütün müraciətlərin təxminən 10 faizdən çoxunu təşkil edən bu şikayətlər Təhsil Nazirliyinin mərkəzi və yerli struktur bölmələri tərəfindən araşdırılıb. Bir çox hallarda həmin şikayətlərin müəllifləri anonim olub, bir qisim müraciət müəllifləri şikayətlərini geri götürdüklərinə dair yazılı izahat verib, digər müraciətlərdə günahı olanlara qarşı müəyyən tədbirlər görülüb.

İki ay ərzində Abşeron rayon ümumtəhsil məktəblərindən daxil olan müraciətlər digər rayonlardan qəbul edilmiş müraciətlərdən daha çox olub və onların sayı 30-a yaxındır. Müraciətlərin əksəriyyətində Abşeron rayon məktəblərində bir neçə dəfə məcburi qaydada məktəbli formasının satışının təşkil edildiyi bildirilib. Qeyd olunan məsələ ilə əlaqədar araşdırma aparıldıqdan sonra Təhsil Nazirliyində müzakirə keçirilib və Abşeron Rayon Təhsil Şöbəsinin müdirinə yaranmış problemin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsanı olanlar tənbeh edilib, onlara irad bildirilib və töhmət verilib, eləcə də digər inzibati cəzalar tətbiq olunub. Belə ki, Xətai rayonundakı 257 saylı məktəbin riyaziyyat müəlliminə dərs zamanı pedaqoji prinsipləri pozduğuna, müəllim-şagird münasibətində ifrata vardığına və şagirdlərlə kobud davranışına görə axırıncı xəbərdarlıqla şiddətli töhmət verilib,  Xırdalan şəhərindəki 1 saylı orta məktəbin müəllimi isə məktəbli formasının satışında təlimata zidd olaraq iştirakına görə işdən azad edilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi