Modern.az

ADP sədrindən şok açıqlama: “İqtidar Rəsul Quliyevin ətrafına öz adamlarını yerləşdirmişdi”

ADP sədrindən şok açıqlama: “İqtidar Rəsul Quliyevin ətrafına öz adamlarını yerləşdirmişdi”

Ölkə

8 Dekabr 2010, 16:44

Sərdar Cəlaloğlu 2005-ci ilin ən qalmaqallı hadisəsi olan eks-spikerin qayıdışı ilə bağlı danışdı

“Rəsul Quliyevin siyasi karyerası bitib. Bu şəxsin mövcudluğunu artıq yaddan çıxarıblar”

Milli Məclisin keçmiş sədri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin bu il keçirilən parlament seçkilərində Azərbaycan Demokrat Partiyasına müraciət edərək seçki bloku yaratmaq təklifi Sərdar Cəlaloğlu tərəfindən rədd edilib.

Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, 2005-ci ildən sonra Rəsul Quliyev faktiki olaraq siyasətdən gedib.

“O, 2005-ci ildəki şansını dəyərləndirə bilmədi. Tarixdə az adam var ki, ikinci dəfə hakimiyyətə qayıda bilir. Amma Rəsul Quliyevin iradəsi çatmadı. Lider gözlənilən addımı atmayanda cəmiyyətin etibarını itirir. “Xilaskar” obrazındasansa, gəlib xilas etməlisən. 2005-ci ildə də Rəsul Quliyev Bakıya gəlməli idi.. O zaman mən telefonda Rəsula dedim ki, özün gəlirsən gəl. Bununla sənin siyasi taleyin həll olunur. Ölüm təhlükəsi, həbs də olsa, o  gəlməli idi. O gəlib Ukraynaya düşdü. Bəs ordan Rəsulu kim gətirməli idi?”-deyə C.Cəlaloğlu vurğulayıb.  

ADP sədri indiyə qədər bəlli olmayan sensasiyalı məlumatları açıqlayıb. S.Cəlaloğlu bildirib ki, hakimiyyətin eks-spikerlə bağlı addımlarından xəbəri olub.
“Rəsul Quliyevin ətrafına hakimiyyət xeyli sayda öz adamlarını yerləşdirmişdi. İqtidarın əsas planı onu siyasi səhnədən silmək idi. Rəsul Quliyev o ətrafına çox inanrırdı. Mən nə qədər cəhd etdim, onu bu ətrafından xilas edə bilmədim”-deyə S.Cəlaloğlu bildirib.

O, qeyd edib ki, 2005-ci ilə qədər artıq bir il idi Rəsul Quliyevlə əlaqə saxlamırmış.

Buna səbəb pariyada olan qarşıdurma və problemlərin səbəkarı kimi R.Quliyevi görməsi olub.

“1999-cu ildə mən ADP-nin baş katibi postundan istefa verdim. Çünki Rəsul Quliyev partiyada dözülməz mühit yaratmışdı. Onun partiyadakı agentləri mənim əlehimə təbliğat aparırdılar. Sonra bizim ortaq dostlarımız işə qarışdı. Rəsulu başa saldılar ki, səhv yoldadı. Sonuncu bir ildə biz əlaqə saxlamrıdıq. Mənə olan sözlərini partiyanın üçüncücü, dördüncü dərəcəli adamları ilə göndərirdi. O partiyanın alternativ qurultayını çağırıb məni devirmək istəyirdi. Məcbur qalıb onunla yollarımızı ayırdıq”-deyə ADP sədri qeyd edib.

S.Cəlaloğlu deyib ki, Rəsul Quliyev partiyadan gedəndən sonra Bakıda fəaliyyət göstərən diplomatik qurumların nümayəndələri gəlib bunun hüquqi formaları ilə maraqlanırmışlar.

“Onunla gedənlərin çoxu yenidən ADP-yə qayıtdı. Bir qismi isə ondan tam ayrıldı.

Rəsul Quliyevin siyasi karyerası bitib. Bu şəxsin mövcudluğunu artıq yaddan çıxarıblar. Siz ilk jurnalistsiniz ki, onu məndən soruşursunuz. Onunla heç kim - nə siyasi partiaylar, nə də media maraqlanır”-deyə S.Cəlaloğlu bildirib.    

Xaqani Səfəroğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır