Modern.az

“Azərbaycanlı iş adamlarına səslənirəm, gəlin burda, “krışa”sız, “şapka”sız, pul qazanın"

“Azərbaycanlı iş adamlarına səslənirəm, gəlin burda, “krışa”sız, “şapka”sız, pul qazanın"

8 Dekabr 2010, 17:22


“Bu gün Gürcüstanda nə “krışa”ya, nə “şapka”ya, nə də ”dayı”ya ehtiyac yoxdur. Əgər soydaşlarımızdan kimsə gəlib Rustavi şəhərində, Borçalıda istehsal müəssisəsi tikmək istəyirsə, torpaq da pulsuz olacaq. Hətta bir neçə il bütün vergilərdən də azad olacaqlar. Bütün bunlarla bağlı onların konstitusiya qarantları var”.

Bu barədə Modern.az-a Gürcüstanın Kvemo-Kartli regionunun milliyyətcə azərbaycanlı olan qubernator müavini Hüseyn Yusubov məlumat verib. O deyib ki, sözügüdən Borçalı bölgəsinə kapital qoymaq istəyən azərbaycanlı iş adamları bircə dövlət idarəsi tanıyacaqlar: “Onlar nə nə sanitariya, nə yanğınsöndürən idarəsindən, nə polis, nə də prokurorluqdan kimisə tanıyacaqlar. Yalnız vergilər idarəsi ilə hesablaşacaqlar. Bu ölkənin qanunları bu cürdür, heç kimin onlarla işi olmayacaq”.

Hüseyn Yusubov Azərbaycandan olan iş adamlarını lazım olsa iqtisadiyyat naziri, ölkə prezidenti ilə də görüşdürə biləcəyini deyir: “Bizə maraqlıdır ki, əhali üçün iş yeri açsınlar. Əgər Sovet dövründən qalma müəssisələri alıb işlətmək istəyirlərsə, onları da təsəvvür etdiklərindən 10-20 dəfə ucuz, “nolevoy” qiymətə ala biləcəklər. Mən onlara tam məsuliyyətimlə kömək edəcəyimə söz verirəm. Təki burda camaat üçün iş yeri açsınlar. Bütün eloğlularımıza müraciət edirəm ki, gəlib vətənlərinə kapital qoyub pul qazansınıar”.

Lalə Musaqızı
Kvemo-Kartli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi