Modern.az

İnternet dələduzları bu il 95 milyarddan çox spam yayıblar

İnternet dələduzları bu il 95 milyarddan çox spam yayıblar

9 Dekabr 2010, 11:17

Cari il Qlobal Şəbəkə tarixində spamların, yəni zərərli arzuolunmaz reklam və casus proqramların sayı üzrə rekord vuracaq.

Belə ki, 2010-cu ildə elektron poçtla göndərilmiş 10 məktubun təxminən 9-u arzuolunmaz reklam xarakterli olub. Bu barədə aparıcı antivirus proqram istehsalçısı "Symantec" şirkətinin hesabatında qeyd olunur.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislərin bu istiqamətdə gördüyü işlərə baxmayaraq, il ərzində bu cür məktubların sayı 1,4 faiz artıb.

Cari ildə göndərilmiş məktubların 95 milyarddan çoxu spamın fişinq (istifadəçilərin məxfi məlumatlarına qeyri-qanuni çıxış əldə etmək məqsədini daşıyan internet-dələduzluğun bir növü) kimi təsnif edilən ən təhlükəli növü kimi dəyərləndirilib.

Yəni məktublar casus proqramları ilə birgə göndərilir ki, həmin zərərli kodlar istifadəçilərin qeydiyyat yazıları və parolları haqqında informasiyalar toplayır. "Symantec" mütəxəssisləri xakerlərin mühafizə sistemlərinin tərtibatçılarından bir addım öndə olduqlarını etiraf ediblər.

Bundan əlavə Facebook, Myspace, Twitter və digər tanınmış sosial şəbəkələr çərçivəsində müxtəlif ünvanlara spam-göndərişləri də geniş yayılmaqdadır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir