Modern.az

Azərbaycanda ən uzun körpü istifadəyə verilib

Azərbaycanda ən uzun körpü istifadəyə verilib

Ölkə

9 Dekabr 2010, 11:32

Dekabrın 8-də Şin çayının üzərində Şəki və Qax rayonları arasında olan kəndləri birləşdirən Azərbaycanın ən uzun körpü istifadəyə verilib. Bu barədə Modern.az-a Nəqliyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, Şəki və Qax rayonları arasında olan kəndləri birləşdirən körpünün ümumi uzunluğu 1300, eni 13 metrdir.
Dekabrın 8-də Şin çayının Şəkinin İnçə kəndindən keçən hissəsində inşası yenicə başa çatdırılmış körpünün - 1300 metr uzunluğu olan yeni nəqliyyat qovşağının açılış mərasimi keçirilib. Mərasimdə nəqliyyat naziri Ziya Məmmədov, Milli Məclisin deputatları iştirak ediblər.
Ziya Məmmədov şəkililəri əlamətdar hadisə münasibətilə təbrik edərək son illər yol infrastrukturunun, eləcə də ölkənin əsas magistral yollarının yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə danışıb.
O, bildirib ki, son 3 ildə bu sahəyə həm Azərbaycanın dövlət büdcəsi, həm də beynəlxalq təşkilatların krediti hesabına 3 milyard manatdan artıq vəsait cəlb olunub. Bunun nəticəsində həm Bakı şəhərində müxtəlif səviyyəli körpülər, yol qovşaqları, tunellər inşa edilib, dünya standartlarına uyğun yeni yollar salınıb, həm də rayonların yol-nəqliyyat infrastrukturu xeyli yaxşılaşıb.
Açılış mərasimində Milli Məclisin deputatları Yaqub Mahmudov və Əli Məsimli, eləcə də digər vəzifəli şəxslər çıxış ediblər.
Qeyd edək ki, yeni istifadəyə verilən körpü Şəkinin 21 kəndini əhatə etməklə, ərazidə yaşayan 34 mindən artıq əhaliyə xidmət göstərəcək. “Körpü-Bina-Tikinti” MMC-nin inşa etdiyi körpünün tikintisinə 2007-ci ilin mayında başlanıb. İnçə kəndi ərazisində Şin çayı üzərində salınan, Şəki və Qax rayonları arasında olan kəndləri birləşdirən bu körpünün ümumi uzunluğu 1300, eni isə 13 metrdir. Yol qovşağı 6 körpü və 5 suötürücüdən ibarətdir. Körpünün mühafizə qurğularının uzunluğu 1240 metrdir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar