Modern.az

Doktoranturaya daxil olmaq istəyənlərə şad xəbər..

Doktoranturaya daxil olmaq istəyənlərə şad xəbər..

9 Dekabr 2010, 13:49

Yaxın vaxtlarda doktoranturaya qəbul başlanacaq. Bu barədə Modern.az saytına Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Onun sözlərinə görə, “Təhsil haqqında” qanunun qəbulundan sonra 2 ildir doktranturaya qəbul aparılmayıb. “Gənc mütəxəssislər dağılıb başqa sahələrə üz tuturlar. Biz komitə olaraq müvafiq orqanlara müraciət etdik və cavab müsbət oldu. Yaxın zamanlarda doktoranturaya qəbul başlanacaq”-deyə Ş.Hacıyev bildirib.

Nazirlər Kabineti bu il iyulun 1-də “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında qərar çıxarıb.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.15-ci bəndinin icrasını təmin etmək məqsədi ilə imzalanan həmin qərar iyulun 1-dən qüvvəyə minib.

(Doktorantiraya qəbul qaydalarının tam mətnini bu link vasitəsilə (//modern.az/articles/6141/1/) öyrənmək olar).

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?