Modern.az

Korrupsiyanın səviyyəsinə görə Litva, Meksika, Moldova və Ukrayna ilə birgə “addımlayırıq”

Korrupsiyanın səviyyəsinə görə Litva, Meksika, Moldova və Ukrayna ilə birgə “addımlayırıq”

9 Dekabr 2010, 14:44


“Şəffaflıq Azərbaycan” İctimai Birliyinin sorğusuna görə, vətəndaşlar polis, dövlət qulluğu, təhsil və məhkəmənin daha çox korrupsiyalaşmış sahə olduğunu bildiriblər.
“Transparency International” təşkilatının Azərbaycan milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi 2010-cu ilin Azərbaycan üzrə Korrupsiya Barometrini açıqlayıb.
Modern.az-ın məlumatına görə, yeddinci buraxılış olaraq 2010-cu ilin 1 iyun - 30 sentyabr tarixlərində aparılmış sorğu Barometri dünyanın 86 ölkəsindən 91500 respondentlərin cavablarını əks etdirir.

Azərbaycanda sorğuda iştirak edən respondentlərin yarıdan çoxu son üç ildə ölkədə korrupsiyanın 52 faizi artığını,  28 faizi isə korrupsiyanın azaldığını bildirib. MDB ölkələrindəki tendensiyaya uyğun olaraq, Azərbaycanda da respondentlərin 66 faizi hökumətin korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyətinin effektiv olduğunu, 26 faizi isə bunun əksini düşünür.

“Şəffaflıq Azərbaycan” təşkilatı bu uyğunsuzluğu belə  izah edir: “Ölkədə institusional və qanunvericilk səviyyəsində beynəlxalq ictimaiyyətin dəstəyi ilə kifayət qədər uğurlu işlər görülüb. Amma qanunların dövlət qurumları tərəfindən icra edilməsi vəziyyətilə qanunlar arasında kifayət qədər ziddiyətlər mövcuddur. İnsanlar mediadan hökumətin korrupsiya ilə mübarizə istiqamətində atdığı addımlar barədə məlumat alırlar, amma bunların konkret və hiss edilə bilən nəticələrini görmək üçün bir qədər vaxta ehtiyac var”.

Təşkilat bildirir ki, respondentlərin əksəriyyəti (65 faizi) korrupsiya ilə mübarizə istiqamətində hökumət liderlərinin səylərinə inanmaq lazım olduğu qənaətindədirlər. Amma 19 faiz insan belə hesab edir ki, heç kimə inanmaq lazım deyil.

Sorğunun nəticələrinə görə, respondentlər siyasi partiyaları korrupsiyalaşmış qurumlar kimi qəbul etmirlər. Amma  polis, dövlət qulluğu, təhsil və məhkəmənin daha çox korrupsiyalaşmış sahə olduğunu bildiriblər.

“Şəffaflıq Azərbaycan” təşkilatı onu da bildirib ki, Azərbaycan ölkədə korupsiyasının səviyəsi 30-49.9 faiz nisbətində müəyyənləşdirilən Litva, Meksika, Moldova və Ukrayna kimi ölkələrlə birlikdə ikinci qrupda yer alıb.
Ermənistan, Rusiya, Türkiyə və Belarus kimi dövlətlər korrupsiya səviyyəsi 20-29.9 faiz nisbətində müəyyənləşdirilən üçüncü qrupda yer alıb. Gürcüstan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq, Finlandiya kimi az korrupsiyalaşmış (6 faizdən aşağı) dövlətlər isə eyni- beşinci qrupda yer alıb. Maraqlıdır ki, Azərbaycanla yanaşı, Əfqanıstan, Gürcüstan, İraq, Mərakeş və Vyetnam kimi dövlətlər də ictimaiyyət korrupsiyanı geniş yayılmış məhfum kimi qiymətləndirməsə də, ekspertlər əksini düşünürlər.

Azərbaycanda rəyi soruşulan respondentlərin 20 faizi rüşvəti verilməli olduğu xidmətdən istifadə etmək məqsədilə, 12.4 faizi prosesi sürətləndirmək məqsədilə, 6 faizi isə dövlət qurumları ilə problem yaşamamaq məqsədilə verdiyini bildirib.

Ümumilikdə, Azərbaycanda rəyi soruşulanların 68.9 faizi belə bir qənaətdədir ki, sadə vətəndaşlar da bu istiqmətdə dəyişiklikərdə rol oynaya bilərlər.

89.4 faiz respondent dostları və ya həmkarları korrupsiya ilə mübarizə apararsa, onları dəstəkləyəcəyini bildirib.

Eyni zamanda, 68.9 faiz özünü korrupsiyaya qarşı mübarizədə fəal iştirakçi kimi görür, 63.9 faiz respondent isə korrupsiya faktı ilə bağlı məlumat verəcəyini bildirir.

Aytən Əliyeva 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir