Modern.az

ADP: “AXCP ilə Müsavatın birləşmə ideyasını gündəmdən çıxarmaq lazımdır”

ADP: “AXCP ilə Müsavatın birləşmə ideyasını gündəmdən çıxarmaq lazımdır”

10 Dekabr 2010, 12:31

“AXCP ilə Müsavatın birliyi alınan məsələ deyil. Bu ideyanı gündəmdən çıxarmaq lazımdır”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu iki müxalifət partiyasının birləşməsi ilə bağlı perspektivi şərh edərkən bildirib. Siyasi təcrübəsində 3 “böyük birləşmə” nümünəsi olan ADP sədrinin sözlərinə görə, hər iki partiya sədrinin şəxsi maraqları partiyanın ümümu maraqlarından böyükdür. S.Cəlaloğlu deyib ki, birləşmə zamanında siyasi partiyaların məqsədi birlik olmalıdır və bu zaman  qrup maraqları ümumi maraqlara qurban verilməlidir.   

“Hər iki partiya sonuncu parlament seçkilərində mühüm dairələr üzrə razılıq əldə edə bilmədilər. Əgər orada konsenus əldə edə bilmədilrsə, birləşmə ilə bağlı məsələ də çətin olar”-deyə ADP sədri vurğulayıb.

Onun sözlərinə görə, İsa Qəmbər və Əli Kərimli fərqli mövqeyə malik insanlardır. Bunu şərtləndirən səbəblər bu gün də ortadadır. Belə ki, bu gün 1991-93 cü illərdə bu təşkilatlar üçün prioritet olan şərtlər ortada qalmaqdadır.

“Əgər birləşmək istəyirlərsə, bununla bir sıra strateji məsələlərdə güzəştə getməlidirlər. Ya AXCP adından imtina etməli, Müsavat başqanlıqdan, ya da Müsavat adından imtina edir, AXCP sədrlikdən. Siyasi partiyaların birləşməsi üçün əsas məsələ hədəfi müəyyən etmək lazımdır”-deyə ADP sədri bunu üçün siyasi partiyalarda ciddi müqavimətin qaçılmaz olduğunu vurğulayıb.

Bunu hər iki siyasi partiya başa düşür. Hazırda hər iki partiya birləşmə ideyasını “yandırıb” sıradan çıxarmaqla məşğuldurlar”-deyə S.Cəlaloğlu qeyd edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi