Modern.az

Deputat bankların elədiyi fırıldağın üstünü açdı...

Deputat bankların elədiyi fırıldağın üstünü açdı...

10 Dekabr 2010, 16:12

“Bank 1 milyon manat dəyərində olan mülkiyyətə 200 min manat qiymət qoyur”

“Azərbaycanda əmlakın qiymətləndirilməsində ciddi problemlər var”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin üzvü, ölkədə qiymətləndirmə üzrə mütəxəssis olan Xanhüseyn Kazımlı deyib. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən banklar sahibkarlara kredit ayırarkən girov qoyulan əmlakın qiymətləndirilməsini pis və aşağı səviyyədə həyata keçirirlər.

“Bank 100 min manatlıq kreditin müqabilində 1 milyon manat dəyərində olan mülkiyyətə 200 min manat qiymət qoyur. Sonra sahibkar pulu ödəyə bilməyəndə bank verdiyi kreditdən 100 dəfə artıq dəyərində olan mülkün sahibinə çevrilir. Belə qiymətləndirmə düzgün deyil”-deyə milət vəkili bildirib.

Onun sözlərinə görə, əmlakın dəyərləndirilməsi üzrə ciddi araşdırmalar aparılmalı və bu vəziyyət aradan qaldırılmalıdır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?