Modern.az

Fransanın Azərbaycandakı səfirliyində karikaturaçılar mükafatlandırıldı

Fransanın Azərbaycandakı səfirliyində karikaturaçılar mükafatlandırıldı

Mədəni̇yyət

10 Dekabr 2010, 18:20

Bu gün Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzində «Tütün əkmənin zərərləri karikaturaçı rəssamlarım gözü ilə» adlı rəsm müsabiqəsinin yekun sərgisi keçirilib. Modern.az xəbər verir ki, tədbir Səhiyyə Nazirliyi Kommunikasiya Assosiasiyasının, Karikaturaçı Rəssamlar Təşkilatının dəstəyi və «Azerfon-Vodafon» şirkətinin sponsorluğu ilə keçirilib.
Kommunikasiya Assosiasiyasının sədri Nurlan Əliyev, karikaturaçı rəssam Bayram Hacızadə və «Azərfon-Vodafon» şirkətinin rəsmiləri çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.

Daha sonra müsaqibənin qaliblərinin adları açıqlanıb. Qaliblər aşağıdakılardır:

I yer - Vəfa Allahverdiyeva (diplom və 200 manat mükafat);

II yer - Fransa vətəndaşı Əli Çeragi (diplom və 125 manat mükafat);

III yer - Murad Həsənov (diplom və xüsusi hədiyyə)

Müsabiqənin bir qrup iştirakçısına həvəsləndirici mükafatlar təqdim olunub.


Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub