Modern.az

Metroda qiymətlər üç dəfə qalxdı, işçilərin maaşı niyə artmadı?

Metroda qiymətlər üç dəfə qalxdı, işçilərin maaşı niyə artmadı?

22 Oktyabr 2009, 16:37

Tarif Şurası Bakı Meropoliteninin müraciəti əsasında oktyabrın 1-dən metroda gedişhaqqını üş dəfə artırıb. Yeraltı nəqliyyat vasitəsində gediş qiymətinin gözlənilmədən artırılması ilk günlər cəmiyyətdə etirazla qarşılansa da, artıq əsəblər soyuyub və belə demək olar ki, hamı yeni qiymətlərə öyrəşib. Maraqlıdır ki, indi də Metropoliten işçilərinin özləri narazıdırlar Metroda gedişhaqqı qaldırılanda paytaxtın bu nəqliyyat vasitəsindən istifadə edəb bütün sakinləri qəzəbləndiyi halda, Metropoliten işçilərini sevinirdilər. Çünki Bakı Meropoliteninin rəisi Tağı Əhmədov həmişə mətbuata açıqlamalarında metro işçilərinin maaşının az olması barədə suallara belə cavab verirdi: “Maaşlar o zaman artırıla bilər ki, metroda gedişhaqqı bir neçə dəfə qaldırılsın”. Nəhayət Tağı Əhmədovun istəyi yerinə yetirildi, amma onun işçilərinin arzusu deyəsən reallaşmayacaq. Metropolitenin adlarının çəkilməsini istəməyən fəhlələri Modern.az-a bildiriblər ki, bu günlərdə rəhbərlik onlara ən azı yaxın 6 ayda maaşların qaldırılmayacağını bəyan edib. Beləcə, metroda gedişhaqqının üç dəfə artırılmasına sevinən Metropoliten işçilərinin də indi sərnişinlər kimi üzləri gülmür. Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva da Modern.az-a bildirib ki, maaşların artırılması ilə məsələ bağlı hələ ki gündəmdə deyil: “Metroda gedişhaqqının 3 dəfə qalxmasına baxmayaraq hələ maaşların artımından söhbət getmir”.

Metro işçilərinin orta aylıq əməkhaqqının nə qədər olmasına gəlincə, N.Tarverdiyeva bunu öyrənmək üçün Bakı Metropolitenin Əmək və əməkhaqqı şöbəsinin əməkdaşı Şəlalə Yusubova ilə danışmağımızı məsləhət gördü. Şəlalə xanım isə dövlət sirrini qoruyurmuş kimi, bu barədə bizə məlumat verə bilməyəcəyini söylədi: «Gərək mən rəisimə deyim, o da yuxarı rəhbərliyə çatdırsın. Əgər məlumatı sizə verməyə icazə versələr, deyərəm».

Lalə Musaqızı

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi