Modern.az

Oğlu deyir ki, Siyavuş Aslanın səhhəti normallaşıb

Oğlu deyir ki, Siyavuş Aslanın səhhəti normallaşıb

Ölkə

13 Dekabr 2010, 20:53

Xalq artisti bir həftədən sonra evə buraxılacaq

Dekabrın 11-də beyin qan dövranın kəskin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti Siyavuş Aslanın səhhəti normallaşıb. Bu barədə xalq artistinin oğlu Eldar Aslan Modern.az-a bildirib. E.Aslanın sözlərinə görə, bu gün xalq artistinin yanında olublar.
“Səhhəti normaldı. Həkimlər tərəfindən profilaktik işlər aparılır”-deyə o bildirib.

E. Aslanın sözlərinə görə, təzyiqinin tez-tez oynaması xalq artistində çoxdan müşahidə edilir.

“Atam bir həftədən sonra xəstəxanadan çıxacaq”-deyə E.Aslan saytımıza bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür