Modern.az

AXA MBASK şirkətinin yeni saytı fəaliyyətə başladı

AXA MBASK şirkətinin yeni saytı fəaliyyətə başladı

14 Dekabr 2010, 10:06

Saytın (www.axambask.az) səhifələrində şirkət haqqında, əsas sığorta növləri üzrə sığorta məhsulları haqqında xeyli yeni məlumat meydana gəldi. Saytdakı məlumatın təzələnməsi əhəmiyyətli dərəcədə asanlaşdı, və bu onu daha aktual vəziyyətdə saxlamağa imkan verir. Saytın dizaynı da dəyişildi, o daha müasir və AXA Group-un standartlarına uyğunlaşdırılmış oldu. Sayt üzrə naviqasiya sistemi sayta baş çəkənlərə bütün zəruri məlumatı tez və asan tapmaq imkanı verir. Yeni saytın başlıca prinsipləri – istifadəçi üçün rahalıq, naviqasiyanın intuitiv sadəliyi, təsviri lakoniklik, məlumatın dolğunluğu və şəffaflığıdır.

Xatırladaq ki, cari ilin oktyabr ayında MBASK sığorta şirkəti özünün əsas səhmdarını dəyişib. Şirkətin səhmlərinin nəzarət qovluğunu (51%) AXA Group (Fransa), özünün törəmə şirkəti olan  AXA Sequros generales S.A, De Sequros Y Reasequros (İspaniya) şirkətinin vasitəsi ilə satın almışdır. 49%-ə bərabər olan yerdə qalan pay isə Eldar Qəribova məxsusdur.

Azərbaycanın sığorta bazarında MBASK 1992-ci ildən fəaliyyət göstərir və sığorta olunmanın 24 könüllü və 4 məcburi növü üzrə xidmət göstərir. Şirkətin nizamnamə kapitalı 5 mln. 730 min manat təşkil edir.

AXA Group – maliyyə mühafizəsi sahəsində dünya üzrə liderdir. АХА Group öz fəaliyyətini bütün dünya üzrə 57 ölkədə, daha çox Avropada, Şimali Amerikada və Asiya-Sakit Okean regionunda cəmləşdirməklə, həyata keçirir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?