Modern.az

Deputat: “Qarabağ əlili vəfat edirsə, ailəsinin adı ev növbəsindən çıxarılmamalıdır”

Deputat: “Qarabağ əlili vəfat edirsə, ailəsinin adı ev növbəsindən çıxarılmamalıdır”

14 Dekabr 2010, 10:31

Musa Quliyev Qarabağ əlillərinin sosial güzəştləri ilə bağlı qanunvericilikdə bəzi boşluqların olduğunu deyir

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Qarabağ müharibəsi əlillərinin sosial güzəştləri ilə bağlı qanunvericilikdə bəzi boşluqların olduğunu deyib. Modern.az-ın məlumatına görə, deputat deyib ki, xüsusən əlillərin ev növbələri ilə bağlı prosesdə tənzimləməyə ehtiyac duyulan detallar var.

Musa Quliyevin sözlərinə görə, Qarabağ əlili ev növbəsinin çatmasına 2 ay qalmış vəfat edirsə, o zaman onun ailsəinin adı ev növbəsindən çıxarılır. Deputat vurğulayıb ki, ev növbəsində duran Qarabağ əlili dünyasını dəyişəcəyi təqdirdə onun ailəsinə mənzil hüququnun verilməsi vacibdir.

Millət vəkili bildirib ki, hazırda bu hüquq əliilərin ailələrinə şamil edilmir.

“Qanundakı bu boşluğu aradan qaldırmaq lazımdır. Dövlət bu istiqamətdə təqdirəlayiq işlər görür. Amma bu məsələyə xüsusi diqqət edilməlidir”-deyə bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi