Modern.az

Kəndlilər “kolxoz”da birləşəcək: Milli Məclisdə qanun layihəsi hazırdır

Kəndlilər “kolxoz”da birləşəcək: Milli Məclisdə qanun layihəsi hazırdır

14 Dekabr 2010, 15:02

Eldar İbrahimov: “Yox, bu kolxoz deyil..."


Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Kənd təsərrüfatı kooperasiyalarının yaradılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Modern.az komitənin iclasından xəbər verir ki, çıxış edən sədr Eldar İbrahimov qanunun əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, ölkədə keçirilən torpaq islahatından sonra kəndilər bir çox hallarda onlara paylanan torpaq sahələrini təkbaşına becərməkdə çətinliklərlə üzləşirlər.

Yeni qanun kəndliləri kooperasiya yaradaraq torpaq sahələrini birgə istifadəyə imkan yaradacaq. E.İbrahimov qeyd edib ki, yeni kooperasiyalar kəndlilərin texnika almlarına, torpağın müasir texniki vasitələrlə becərilməsinə imkan verəcək.
“Adamlar elə başa düşməsinlər ki, biz kolxoz yaradırıq. Bu kolxoz deyil”-deyən komitə sədri  qeyd edib. Müzakirələrdə koperasayaların səmərəli işləməsi üçün onun təşkilində məcburi qaydanın tətbiq edilməsi də təklif edilib.

Deputatlar müzakirə zamanı deyiblər ki, dünyada ərzaq böhranın olduğu bir zamanda Azərbaycanda torpaqların əkilməsəsini təşkil etmək prioritetdir.

Komitə sədri daha bir neçə təklif irəli sürüb. E.İbarhimovun sözlərinə görə, bir çox hallarda paylanmış torpaq əkilmir. “Kəndli onu hasara alaraq becərmir. Bunun qarşısını almaq lazımdır. Üç il müddətinə torpağı becərməyən şəxslərdən torpaq payını almaq lazımdır”-deyə komitə sədri vurğulayıb.

Qanun layihəsi ilkin olaraq konseptual müzakirəsi olacaq. Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar gündəliyinə salınması tövsiyə edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü