Modern.az

Modern.az-ın əməkdaşı Saakaşvilinin atasını lentə alıb (fotolar)

Modern.az-ın əməkdaşı Saakaşvilinin atasını lentə alıb (fotolar)

Reportaj

15 Dekabr 2010, 11:13

Gürcüstanda yaşayan azərbaycanlıların bir qismi iddia edir ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin atası ermənidir. Amma onun milliyətcə gürcü olduğunu deyənlər daha çoxdur. İxtisasca həkim olan Nikoloz Saakaşvili Tiflisdə azərbaycanlıların kompakt yaşadığ Meydan məhəlləsinə (keçmiş Şeytanbazar) yaxın yerləşən Balneoloji Sağlamlıq Mərkəzinin baş həkimidir.

Modern.az
-ın Tiflisdə olan əməkdaşı Nikoloz Saakaşvili işə gələrkən onu lentə alıb. Əməkdaşımız prezidentin atası ilə söhbətləşmək istəsə də, o, vaxtının olmadığını əsas gətirib,  müsahibəni başqa zamanda verə biləcəyini bildirib. 

Tiflisdəki Balneoloji Sağlamlıq Mərkəzinin yaxınlığında yaşayan sakinlər isə əməkdaşımıza bildiriblər ki, Nikoloz Saakaşvili prezidentin atası olduğunu boynuna almır. Amma onu tanıyanlar bilir ki, Nikoloz ölkə başçısının atasıdır.

Qeyd edək ki, Gürcüstan prezidentinin valideynləri uzun illər əvvəl, hələ Mixail doğulanda boşanıblar.

Onun anası Giuli Alasaniya Tiflis Dövlət Universitetinin Tarix kafedrasında professoru, türkoloqdur və Gürcüstan Elmlər Akademiyasında şöbə müdiri vəzifəsində çalışır, eyni zamanda "Gürcüstan-Azərbaycan Dostluq Evi"nin rəhbəridir. Modern.az saytının əməkdaşı Tiflisdə öyrənib ki, Giuli Alasaniya Nokoloz Saakaşvilidən boşanandan sonra bir türkə ərə gedib, amma sonralar ondan da ayrılıb.






Gürcüstan prezidentinin anası Giuli Alasaniya.

Humay Əsgərova
Tiflis

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir