Modern.az

Parlamentin növbəti iclasının vaxtı məlum oldu

Parlamentin növbəti iclasının vaxtı məlum oldu

15 Dekabr 2010, 16:17
Plenar iclasda Ombudsmana əlavə səlahiyyətlərin verilməsi məsələsi müzakirə olunacaq  


Dördüncü çağırış Milli Məclisin növbəti iclası dekabrın 21-də keçiriləcək. Bu barədə Modern.az saytına parlamentdən məlumat verilib. Bu, 2010-cu il ərzində yeni parlamentin 3-cü iclası olacaq.

Dekabrın 21-də keçiriləcək iclasın gündəliyinə 19 məsələ salınıb. İclasda müxtəlif beynəlxalq konvensiyaların təsdiqi, Ali Məhkəmənin hakimlərinin təsdiqi və medianın aktiv müzakirə etdiyi “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” konstitusiya qanununa əlavə və dəyişikliklər layihəsinin müzakirəsi gözlənilir.
Modern.az-a Milli Məclisdən verilən digər məlumata görə, bu il parlamentin sonuncu iclasının dekabrın 30-da keçiriləcəyi gözlənilir.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir