Modern.az

Deputat 20 seçicini qəbul edib

Deputat 20 seçicini qəbul edib

15 Dekabr 2010, 22:20

Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov dekabrın 15-də Milli Məclisdə vətəndaşları qəbul edib. Parlamentdə baş tutan görüşdə vətəndaşları narahat edən problemlər ətrafında söhbət olub. Əsasən sosialyönümlülü və bir sıra hüquqi məslələrlə bağlı olan müraciətlərin hamısı deputat tərəfindən dinlənilib və müvafiq tədbirlərin görüləcəyi qeyd edilib. Bəzi seçicilərin problemləri yerindəcə həll olunub. Müvafiq orqanlarla deputat Fuad Muradovun vasitəçiliyi ilə əlaqə yaradan vətəndaşlar problemlərinin həllini tapıblar. Fuad Muradov digər vətəndaşların müraciətlərinin araşdırılması və problemlərin həlli istiqamətində müvafiq göstərişlər verib.

Qeyd edək ki, hər həftənin çərşənbə günü Fuad Muradov seçiciləri qəbul edir.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır