Modern.az

Azay Quliyev ilk görüşünü keçirib

Azay Quliyev ilk görüşünü keçirib

Parlament

15 Dekabr 2010, 23:03

Azay Quliyev 4-cü çağırış Milli Məclisə deputat seçiləndən sonra seçiciləri ilə ilk görüşünü keçirib. 15 dekabr tarixində baş tutan bu görüşün keçiriləcəyi barədə millət vəkili hələ seçkilərdən öncə seçicilərinə söz vermişdi. 18 saylı orta məktəbin akt zalında keçirilən görüşdə şəhərin ümumi problemləri qaz, su, ünvanlı sosial yardım, işsizlik, səhiyyə, pensiya, əfv və s. kimi məsələlər haqqında deputata müraciətlər edilib. Müvafiq yerli dövlət qurumları rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə 253 nəfərin müraciətinə baxılıb və onlardan bir çoxu yerindəcə öz müsbət həllini tapıb. Daha sonra deputat Azay Quliyev şəhərin Kür çayı yaxınlığında yerləşən və təbii fəlakət zamanı qəzalı vəziyyətə düşən evlərin vəziyyəti ilə tanış olub və sakinlərlə görüşüb. Yerli fövqəladə hallar komissiyasının sədri S.Abıyev Kür daşqınlarından ciddi zərər çəkmiş və yararsız hala düşmüş evlərin yenidən tikintisinə başlandığı haqda deputata məlumat verib. O, bu məqsədlə 48 ailə üçün yeni evin tikilib istifadəyə veriləcəyini və digər sakinlərin isə bu istiqamətdə etdikləri müraciətlərin araşdırılacağını bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü