Modern.az

Milli Məclis Türkiyə ilə hərbi yardım müqaviləsini təsdiq etməyə hazırlaşır

Milli Məclis Türkiyə ilə hərbi yardım müqaviləsini təsdiq etməyə hazırlaşır

16 Dekabr 2010, 13:21

İki pezidentin imzaladığı sənəd Qarabağ probleminin həllində Türkiyənin iştirak hüquqnu tanıyır


Azərbaycanla Türkiyə arasnda strateji tərəfdaşlıq və qarşlıqlı yardım haqqında müqavilə sənədi ratifikasiya üçün parlamentə göndərilib. Bu barədə Modern.az-a Milli Məclisin Təhlükəsizlik məsələləri komitəsinin üzvü Zahid Oruc bildirib. Onun sözlərinə görə, parlament dekbarın 21-də keçiriləcək iclasınada sənədi təsdiq edəcək.

Bu sənədi ölkələrimiz arasında münasibətlər tarixində çox mühüm hadisə kimi qeyd edən deputat  vurğulayıb ki, hər iki ölkəyə yönələn hərbi təzyiqlər, risklər, təcavüz aktları və müxtəlif separatizm cəhdləri və s mahiyyətcə çox oxşar olduqlarına görə və bunları eyni mənafe birləşdirdiyinə görə, sənəd hər iki tərəf üçün vacibdir.

“Azərbaycanda bir çoxları onu arzulayırdılar ki, bu iki ölkə arasında hərbi münasibətlər, təhlükəsizlik məsələsində əməkdaşlıq belə mühüm bir sənədlərlə ifadə olunsun”-deyə Z.Oruc bildirib. 

Sənəd barədə danışan millət vəkili deyib ki burada iki ölkə arasında hərbi əlaqələrin və təhlükəsizlik məsələsi ətrafında aparılan əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. 

“Sənəddə qeyd olunur ki, hər hansı bir ölkənin ərazi bütövlüyünə təcavüz olarsa və onun bütövlüyünün təminatı üçün biri digərinə hərbi yardım göstərir. Hərbi yardımın ümumi həcmi, ümumi miqdarı danışıqlar səviyyəsində və təhlükənin miqyasına adekvat müəyyənləşir. Bu çox mühüm bir müddəadır. Daha sonra burda hərbi müdafiə təyinatlı məhsulların birgə istehsalı və eyni zamanda hərbi təlimlərin keçirilməsi, silahlı qüvvələr üçün lazım olan kadrların hazırlanması məsələsi yer alıb. Düşünürəm ki, burda göstərilən əsas məslələrdən biri

Azərbaycan və Türkiyə arasında hərbi yardım səviyyəsidir. Bu təhlükəsizlik aktıdır. Bu iki ölkə arasında olan münasibətlər qarşlıqlı hərbi yardımı özündə ehtiva edir”-deyə Z.Oruc vurğulayıb.

Ratifikasiya olunacaq sənəddə qeyd olunur ki, Azərbaycan Türkiyənin əleyhinə olan təhlükələr halında onunla bərabər iştirak etmək vəzifəsini götürür. Sənəd həmçinin başqa xarakterli məsələlərdən, xüsusən iqtisadi, elmi, mədəni, təhsil, parlamentlərarası əlaqələrdən ibarət müddəaları özündə əks elətdirir. Xüsusən də enerji sahəsində əməkdaşlığı gələcək dövrdə yeni mərhələyə qaldırmaq, enerji sahəsində birgə komisiya yaradılması məsələsini əsas tutur.

Deputatın fikrincə, regiondakı geosiyasi durum, xüsusən də Ermənistan və Rusiya münasibətləri, kollektiv təhlükəsizlik müqaviləsinə nəzərən Türkiyə-Azərbaycan hərbi əlaqələri çox önəmlidir.

“Mənə elə gəlir ki, bu sənəd mühüm siyasi təhlükəsizlik əhəmiyyətinə malikdir. Qardaş ölkə onsuz da  keçmiş dövrdə Azərbaycanın hərbi təhlükəsizlik mühitində iştirak eləməkdə idi. Hərbi təhsildə Türkiyə hərbi rəhbərliyi  NATO standartlarına uyğunlaşma yolunda Azərbaycana kifayət qədər yardım göstərirdi. Ordunun modernləşməsində, müəyyən mütəxəssis hazırlığında Azərbaycana köməklik gəstərmişdir. Həm də beynəlxalq hərbi əməliyyatlarda Azərbaycan və Türkiyə egidası altında Türkiyə Silahlı Qüvvələrinin tərkibində hüququ olaraq iştirak edirdi. İndi bunun bilavasitə bu münasibətlər hüququ sənədlər halında həyata keçirmiş olacaq”.

Z.Orucun sözlərinə görə, bu sənədin indiki dövrdə imzalanması bölgədə çəkindirici bir faktor və hərbi siyasi balansa xidmət eləyəcək bir addım olacaq.

Millət vəkilinin sözlərinə görə, sənəd Qarabağ probleminin üəllində Türkiyənin iştirak hüququ tanıyır.

X.Səfəroğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı