Modern.az

Müxalifətin yeni siyasi bloku: indi də əsas hədəf 2013-cü ilin prezident seçkiləridir

Müxalifətin yeni siyasi bloku: indi də əsas hədəf 2013-cü ilin prezident seçkiləridir

Ölkə

16 Dekabr 2010, 15:31

Yaxın günlərdə Ümid, Azərbaycan Demokrat və Aydınlar Partiyasının daxil olduğu yeni siyasi blokun yaradldığı elan ediləcək. Bu barədə Modern.az-a ADP sədri Sərdar Cəlaloğlu bildirib. O, qeyd edib ki, seçkilərlə bağlı yaradılmış “Qarabağ” bloku qanunvericiliyə uyğun olaraq buraxılıb.

“Biz bu gün razılaşdıq ki, yeni siyasi blokun yaradılması üçün müzakirələrə başlayaq. Yaxın zamanlarda hər üç partiya yeni siyasi blokun yaradılması barədə bəyanatla çıxış edəcəklər”-deyə S.Cəlaloğlu qeyd edib. ADP sədri yeni siyasi blokun əsas hədəfinin 2013-cü ildə keçiriləcək prezident seçkiləri olduğunu deyərək əməkdaşlıq üçün digər siyasi qüvvələrlə dialoq aparmağa hazır olduğunu qeyd edib.

Yeni siyasi blok “Qarabağ” adlanacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir