Eldar Aslan: “Atamın hazırda səhhəti stabildi, özünü yaxşı hiss edir”.
“Azərbaycanın xalq artisti Siyavuş Aslanın hazırda səhhəti stabildi, özünü yaxşı hiss edir”. Bu barədə Modern.az-a xalq artistinin oğlu Eldar Aslan bildirib.
E.Aslanın sözlərinə görə, həkimlər atasının müalicəsini uğurla aparırlar. “Hər gün yanındayıq. Yanına çoxlu qonaqlar gəlir. Həkimlər çox yaxşı qulluq edirlər”-deyə aktyorun oğlu bildirib.
Eldar Aslan deyib ki, xalq artisti Prezident Administrasiyanın nəzdində olan xəstəxanada müalicə olunur.
Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Siyavuş Aslanın oğluna zəng edərək xalq artisinin səhhəti ilə, müalicənin gedişi ilə maraqlanıb. “Nazir nə kömək lazım olduğunu soruşdu. Mən diqqətə görə təşəkkür etdim”-deyə E.Aslan vurğulayıb.
Modern.az