Modern.az

Sərdar Cəlaloğlu: “Qərb müxalifəti unudub”

Sərdar Cəlaloğlu: “Qərb müxalifəti unudub”

Ölkə

17 Dekabr 2010, 12:17

“Avropa və beynəlxalq təşkilatlar Azərbaycanın demokratik təşkilatları ilə əməkdaşlıq etməkdə maraqlı deyillər”. Bu sözləri Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. O, qeyd edib ki, müxalifətlə Qərb institutlarının təmaslarının azalması müxalifətin üzündən deyil, daha çox Avropanın marağının itməsi ilə bağlıdır.

“Qərb artıq Azərbaycanda demokratiya məsələsini dördüncü dərəcəli məsələ kimi baxır. Onların əsas məsələsi hakimiyyətlə problemlərinin olmamasıdır. Hazırda müxalifətin əvvəl olduğu kimi beynəlxalq qurumlarla təmasları yoxdur”-deyə ADP sədri bildirib ki,  bir neçə il öncə vəziyyət belə deyildi.

S.Cəlaloğlu qeyd edib ki, o zaman beynəlxaq təşkilatlar müxalifəti təkliflərini dinləyir, onların həyata keçməsi üçün müəyyən işlər də görürdülər. “Onlar treninqlər keçir, seçkilərlə bağlı qanunvericiliyin təkmilləməsi zamanı siyasi partiyaların mövqeyinin ifadə olunmasına çalışırdılar”-deyə ADP sədri bildirib.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı