Modern.az

Putin İlyas İsmayılova cavab vermir

Putin İlyas İsmayılova cavab vermir

17 Dekabr 2010, 13:01

Ədalət Partiyasının sədri müraciətində Çelyabinsk vilayətinin Təhlükəsizlik Xidmətini və məhkəməni qərəzli mövqe tutmaqda günahlandırıb

Milli Məclisin üzvü, Ədalət Partiyasının sədri İlyas İsmayılovun Rusiyanın baş naziri Vladimir Putinə ünvanladığı müraciətə hələlik heç bir cavab verilməyib. Bu barədə Modern.az saytına İ.İsmayılov məlumat verib.  Onun sözlərinə görə, açıq məktub Rusiya səfirliyi və media vasitəsilə göndərilib. Müraciət həmçinin Çelyabinskin şəhər qəzetində də çap olunub.

Xatırladaq ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov Rusiya baş naziri Vladimir Putinə açıq məktubunda Çelyabinsk vilayətinin Təhlükəsizlik Xidmətini və məhkəməni qərəzli mövqe tutmaqda günahlandırıb.

O bildirib ki, oğlu Etimad İsmayılovun günahlandırıldığı “Podkorporasiya” işi sifarişlidir, yerli hakimiyyətin nəzarətsizliyi ilə bağlıdır. Partiya sədri öz məktubunu cinayət işinin materialları, ekspertlərin, hüquq müdafiəçilərin və hüquqşünasların gəldiyi nəticələr və qiymətləndirilmələr əsasında qurub.

İ.İsmayılov Çelyabinsk məhkəməsinin qərarını ədalətsiz adlandırıb: “Çelyabinsk vilayətində hüquq-mühafizə orqanlarındakı böhran açıq-aşkar görünür. Mənim oğlum günahsızdır, o yalnız öz biznesi uğrunda mübarizə aparıb və 40 milyon rublun qaytarılmasını tələb edib. Oğlumun işi ilə bağlı konfidensiallıq tələb edən məqamlar olduğu üçün Sizdən məni qəbul etməyi və dinləməyi xahiş edirəm”.

Xatırladaq ki, Etimad İsmayılov Çelyabinsk məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir