Modern.az

Parlament sitatları: ötən illərin maraqlı replika və çıxışları...

Parlament sitatları: ötən illərin maraqlı replika və çıxışları...

Parlament

17 Dekabr 2010, 14:30

Modern.az Milli Məclislə bağlı yeni layihəni təqdim edir. “Parlament sitatları” adlanan bu layihədə son 6 ildə Milli Məclisin deputatı olmuş şəxslərin iclaslardakı çıxışlarından maraqlı sitatları sizə təqdim edəcəyik. Bu illərdə parlamentə çox deputatlar gəlib-gedib, xeyli sular axıb-durulub. Vaxtilə Milli Məclisin iclas zalında əyləşənlərin bir qismi artıq deputat mandatına sahib deyil, bir çoxları heç bir vəzifə tutmur. Amma parlament tarixində onların sitatları qalıb.

12 oktyabr 2004-cü il: Milli Məclisin səhər iclası...

İclası aparan Milli Məclisin sədri Murtuz Ələsgərov deputatların iclasa davamiyyətindən narazılğını ifadə edib:
Murtuz Ələsgərov: “Ötən iclasların birində cəmi 46 adam iştirak edib. Bu biabırçılqdı. Mən Kərim müəllimdən xahiş edirəm (Kərim Kərimov o zaman İntizam komisisyasının sədri idi) iclasa gəlməyənlərin adı yazılan siyahı divara vurulsun. Hətta komissya sədrləri iclasa gəlmir. Deputatların əmək haqlarını 3-4 dəfə artırsaq da davamiyyət zəifdir... Bəzi deputatlar günün 2-ci yarısında papağını başına qoyub gedir. İclasa gəlməyənləri biabır eləmək lazımdı”...

29 oktyabr 2004-cü il: Milli Məclisin səhər iclası...

Milli Məclis “Energetika haqqında” qanun layihəsini müzakirə edir. Deputatlar “Barmek” şirkətini ciddi tənqid atəşinə tuturlar. Vətəndaş Həmrəyliyi Partiyasından millət vəkili Fəzail İbrahimlinin çıxışı daha maraqlı olub.
Fəzail İbrahimli: ““Barmek” ancaq gəlir götürməklə məşğuldur. Şirkətin nümayəndəsi evimə gəlib işığımı kəsmək istəyib. Ona deyirəm ki, mən deputatam, toxunulmazlığım var. Mənə nə desə yaxşıdı? Deyir ki, o, hətta Murtuz Ələcgərovun oğlunun da işığını kəsib. Deputat onun vecinə deyil. “Barmek” tərbiyə olunmalıdır. Öhdəsinə götürdüyü işi bacarmırsa, rədd olub getsin...”.

 4 noyabr 2004-cü il: Milli Məclisin səhər iclası...

Milli Məclis 2005-ci ilin dövlət büdcəsini müzakirə edir. Bu müzakirələr zamanı deputat Musa Musayevin mətləbə o qədər də dəxli olmayan çıxışı diqqət çəkir. O, çıxışında müxalifətlə danışıq aparan məmurların olduğunu açıqlayır.
Musa Musayev: “İqtidarda müxalifətlə əməkdaşlıq edən şəxslər var. Hakimiyyətdə təmsil olunan bəzi iddialı məmurlar var. Onlar bir-birlərini ittiham edir. Buna son qoymaq lazımdır. Kimin hansı kölgədə yatdığını yaxşı bilirik. Açarıq sandığı, tökərik pambığı. Bəzi adamları biabır edərik...”

Yenə həmin iclas...

Fəzail İbrahimli:
“Milli Məclis Respublika Baytarlıq İdarəsi nəzdində laborotoriyaya qarşı səlib müharibəsinə başlamalıdır. Bu laboratoriya hətta kütləvi qırğın silahının belə yararlı olması barədə arayış verməyə hazırdı”

“Parlament sitatları”nın ardı var...

 X.Səfəroğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü