Modern.az

Deputat: "Ailə həkimi həm terepiyanı bilməlidir, həm də doğuşu qəbul etməyi bacarmalıdır"

Deputat: "Ailə həkimi həm terepiyanı bilməlidir, həm də doğuşu qəbul etməyi bacarmalıdır"

17 Dekabr 2010, 15:33


Əksər xarici ölkələrdə tətbiq olunan ailə həkimi təcrübəsi hələki Azərbaycanda təşəkkül tapmayıb. Amma səhiyyə sistemi bu təcrübədən yararlanmaq istiqamətində addımlar atıb. Məsələn, səhiyyə nazirinin ötən il imzaladığl “Azərbaycan Respublikası səhiyyə müəssisələrində istifadə olunan ixtisasların və vəzifələrin nomenklaturası haqqında” əmrdə siyahıya ilk dəfə “Ailə həkimi” vəzifəsi də daxil edilib
Milli Məclisin Sosial siyasət komitəsi isə “Ailə həkimi haqqında” qanun layihəsi hazırlayır.
Layihənin hazırlanmasında əsas məqsəd vətəndaşlara lazımı tibbi xidmət və ailələri ilkin həkim nəzarəti ilə təmin etməkdir.
Mili Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a bildirib ki, hazırda  Azərbaycanda ailə həkimi inistitutunun yaradılması prosesi gedir: “Artıq pilot  rayonlarda sahə həkimi tətbiq olunmaqdadır. Amma  bu məsələlərin bütövlükdə ölkə ərazisinə tətbiq edilməsi, bunun hüquqi və iqtisadi əsaslarının hazırlanması, sahə həkiminin bütün ölkə üzrə iş pirinsiplərinin müəyyənləşdirilməsi üçün təbii ki, ilk növbədə qanunvericilik sənədi qəbul olunmalıdır”.

Deputatın sözlərinə görə, hazırda qanunun qəbul olunması üçün həm Səhiyyə Nazirliyi, həm də Milli Məclisin Sosial siyasət komitəsi  müəyyən işlər həyata kecirir.

“Biz dünya ölkələrinin təcrübəsini öyrənməklə məşğuluq. Türkiyə  təcrübəsinin öyrənilməsi sahəsində də bir necə addımlar atmışıq. Bir necə dəfə bizim mütəxəsisslər Türkiyədə olublar. Türkiyədən mütəxəsisilər dəvət etmişik. Onların qanunvericik təcrübəsini öyrənirik. Düşünürəm ki, bu məsələ yaz sesiyasında bizim komitənin gündəliyində olacaq”.

İlkin nəticələrin müsbət olduğunu deyən M.Quliyev bildirib ki, bu  məsələ Azərbaycanda hələlik pilot şəkilində tətbiq olunur. Ailə həkiminin haradan maliyələşəcəyi məsələsinə toxunan M.Quliyev deyib  ki, burada müxtəlif variantlar var.
“Dəqiq olaraq hələ müəyyənləşdirilməyib, sahə həkimi təkcə büdcədən, yoxsa büdcə ilə yanaşı, bələdiyyələrin fondundan maliyələşəcək? Yaxud icma təşkilatının müəyyən maliyyə dəstəyi ilə fəaliyyət göstərəcək...”-deyə millət vəkili qeyd edib.

Ailə həkimi praktikasının əsasən ucqar kəndlərdə tətbiq olunacağını bildirən M.Quliyev vurğulayıb ki, sözügedən sahəyə xidmət edən həkim bir necə istiqaməti bilməlidir. “Ailə həkimi həm pediatiriyanı, həm terepiyanı, həm də ən azı doğuşu qəbul etmə və stomoloji yardım göstərmə imkanlarına malik olmalıdır”.

M.Quliyev eyni zamanda, bu məqsədlə hazlıq kurslarının  fəaliyyət göstərdiyini və müəyyən hazırlıq işlərinin aparıldığını qeyd edib. 

“İnsanlar arasında ailə həkimi haqqında bilgi varmı, onlar sözügedən məsələnin hansı məqsədə xidmət etdiyini bilirlərmi” suallarına  münasibət bildirən M.Quliyev bildirib ki, bəzən insanlar elə düşünür ki, hər ailənin bir həkimi olacaq. Məsələyə aydınlıq gətirən deputat qeyd edib ki, əslində hər ailənin deyil, müəyyən ərazilərdə yaşayan bütün ailələrin bir həkimi olacaq: “Ailənin hər hansı bir problemi olduqda ilk olaraq ailə həkiminə müraciət etməlidir”.

M.Quliyevin sözlərinə görə, gələcəkdə Azərbaycanda elektron səhiyyə sistemi yaradıla bilər: “Bu, həm həkimlərin, həm də xəstələrin işini asanlaşdıra bilər. Ucqar kəndlərdə olan xəstələrin vəziyyəti ilə bağlı məlumatları internet vasitəsilə Bakının mərkəzi kilinikalarına ötürüb, cavab ala bilərlər ”.

Sovet səhiyyə sistemində belə bir təcrübənin olmadığını deyən M.Quliyev bildirib ki, bu sahədə xarici ölkələrin modelləri tətbiq olunur.

“Bu sahədə fərqli xüsusiyyətlər yalnız xəstələrin sayında və texniki imkanlarda ola bilər. Amma ünumi pirinsip eynidi. Bir çox insanlar elə hesab edir ki, insanlar ailə həkimini özləri secir. Azərbaycan ailələri həkim secə bilməyəcək, dağ rayonlarında həkim ailələri secəcək” deyən M.Quliyevin sözlərinə görə, iki, yaxud üç kəndə bir həkim düşəcək. Bununla razılaşmayan ailələr rayon mərkəzindəki həkimlərlə də işləyə bilərlər.

“Bir ailənin bir həkimi olsun və ancaq ona xidmət etsin, bu nəzərdə tutulmur. Təbii ki, dünyanın başqa ölkələrində həkim secmək icazəsi  var. Bizdə isə “Özəl tibbi xidmət haqqında” qanun var, həkim istəyər bir ailəni götürər, istəyər bir kəndi. Özəl tibbi xidmət haqqında qanun buna imkan verir”.

Sədaqət SÜLEYMANOVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı