Modern.az

Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin yeni tərkibi təsdiqlənib

Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin yeni tərkibi təsdiqlənib

Parlament

17 Dekabr 2010, 15:44

Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyasındakı (NATO PA) nümayəndə heyətinin yeni tərkibi təsdiqlənib.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun APA-ya verdiyi məlumata görə, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin tərkibi ötən çağırışda olduğu kimi qalıb, dəyişməyib.
Yəni növbəti 5 il ərzində də Azərbaycanı NATO PA-da Ziyafət Əsgərov, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Tahir Süleymanov və Zahid Orucdan (ehtiyat) ibarət heyət təmsil edəcək. Nümayəndə heyətinə bu dəfə də Ziyafət Əsgərov rəhbərlik edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü