Modern.az

Konstitusiya Məhkəməsinə 2000 vətəndaş müraciət edib

Konstitusiya Məhkəməsinə 2000 vətəndaş müraciət edib

17 Dekabr 2010, 18:26

Daxil olan müraciətlər əsasən mənzil və mülki huquqlarla bağlı olub


Konstitusiya Məhkəməsinə (KM) 2010-cu il ərzində 2000 müraciət daxil olub. Modern.az-ın məlumatına görə, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. Onun sözlərinə görə, daxil olan müraciətlər əsasən mənzil və mülki huquqlarla bağlı olub. Cinayət işi ilə bağlı müraciətlər olsa da, Konstitusiya Məhkəməsi səlahiyyəti olmadığı üçün bu müraciətləri geri qaytarıb.

Konstitusiya Məhkəməsi 2004-cü ildən bu ilə qədər Ali Məhkəmənin çıxardığı 74 qərarı ləğv edib.  “Bu o deməkdir ki, Ali Məhkəmənin bu qərarları buna oxşar digər qətnamələrə də şamil edilir”-deyə F.Abdullayev bildirib.

F.Abdullayevin sözlərinə görə, Konstitusiya Məhkəməsi bu il ərzində qanunlara 63 şərh verib. Bu şərhlər KM-nin qərarı deməkdir. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı