Modern.az

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin tərkibi məlum olub

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin tərkibi məlum olub

Parlament

17 Dekabr 2010, 18:44

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin tərkibi məlum olub. Heyətə Milli Məclisin sədri müavini Bahar Muradova, Eldar İbrahimov, Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev və Ağalar Vəliyev daxildir. Nümayəndə heyətinin rəhbəri Bahar Muradova, müavin isə E. İbrahimov təyin olunub.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Milli Məclisin sədri Oqtay Əsədov nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Görüşdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, ATƏT PA ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Gələcəkdə də bu sahənin bu məsələnin diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd olunub.

Parlamentin sədri gələcək fəaliyyətlərində uğurlar arzulayıb və öz tövsiyələrini verib.

Qeyd edək ki, əvvəlki heyətlə müqayisədə, yeganə dəyişiklik Fazil Mustafanın yerinə Ağalar Vəliyevin tərkibə daxil edilməsidir. F. Mustafa isə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə salınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!