Modern.az

Fuad Muradovun Bolqarıstan mətbuatına müsahibəsi: “Baha başa gələcək ləngimə…”

Fuad Muradovun Bolqarıstan mətbuatına müsahibəsi: “Baha başa gələcək ləngimə…”

Parlament

20 Dekabr 2010, 13:54

Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fuad Muradov Bolqarıstanın ən oxunaqlı “Standart” xəbər agentliyinə müsahibə verib.
Modern.az saytı millət vəkilinin həmin müsahibəsini təqdim edir.

- Cənab Muradov, Azərbaycanın “Nabukko” qaz layihəsində mövqeyi nədir?

- Biz bu layihənin çox əhəmiyyətli olduğunu bilirik. Lakin mən düşünürəm ki, Avropa İttifaqı daha aktiv olmalıdır. Layihənin elə hissələri var ki, onlar “Nabukko”da iştirakları haqda çox düşünürlər. Amma nə qədər çox fikirləşirsən, bir o qədər də problem çətinləşir. Mən bir misal gətirə bilərəm: “Bakı-Tiflis-Ceyhan” neft kəməri. Onun da ətrafında çoxlu müzakirələr gedirdi. Bir çox beynəlxalq kompaniyalar və konsorsiumlar layihəyə şübhə ilə yanaşırdılar. Lakin Azərbaycanda qərarlaşdırılmışdı ki, layihə reallaşacaq. Faktiki inşaat işləri başlayan kimi, çoxlu sayda kompaniyalar layihədə iştirak etmək üçün növbəyə dayandılar. Bu gün həmin boru kəməri unikal bir layihədir. Bu layihə təkcə iqtisadi mənfəət baxımından faydalı deyil, həm də Azərbaycanın qapılarını digər ölkələrə açıb. Deyiləndə ki, bu layihə ödənə bilməz, biz cavab veririk: bəs niyə onda bu qədər sayda cəlb olunmuş ölkələr on nail olmaq istəyirlər və onlar buna ehtiyac duyurlar. Avropanın enerji təhlükəsizliyi tək Avropada deyil. Layihə start götürəndə mənim fikrimcə, iştirak etmək istəyən ölkələrin sayı çox olacaq. Amma qeyd etmək istəyirəm ki, layihə nə qədər çox təxirə salınsa, bir o qədər də baha başa gələcək.

- Azərbaycanın bu layihəyə nə qədər ehtiyacı var? 

- Bizim qazımızı müxtəlif ölkələrə satmaq imkanımız var. Biz “Nabukko”dan asılı deyilik. Lakin bu bizim seçdiyimiz yol deyil. Biz Avropaya tərəf irəliləmək istəyirik. Heç kim bu layihənin rentabelliyinə şübhə eləmir. Azərbaycanda neft-kimya sənayesindəki mütəxəssislər çox yüksək səviyyəlidirlər. Biz 19-cu əsrin əvvəlindən bu sənayeni inkişaf etdiririk. Nobel qardaşları da elə məhz ilkin kapitallarını Azərbaycanda yaratmışdılar, hətta o zamanlarda ki, neft vedrələrlə istismar olunurdu. Biz bu layihədə çox güclü ortağıq.

- Qara dəniz vasitəsilə mayeləşdirilmiş qazın daşınması layihəsi haqqında nə fikirləşirsiniz?

- Bu iş aktivdir. Bolqarıstanı 1 milyard kub metr qazla təchiz edəcək bu layihənin ideyası hələ başlanğıcdadır. Bu layihə iki mərhələdən ibarətdir. Birinci mərhələdə Gürcüstandakı Kulevi limanında təbii qazın mayeləşdirilməsi üzrə zavodun tikilməsi nəzərdə tutulub. Bolqarıstanın sahilindəki terminalın inşaat işləri bərpa olunanda, qazın daşınması başlayacaq. Bolqarıstana 1 milyard kub metr təbii qazın çatdırılması layihəsi yalnız başlanğıcdır. Təsəvvür edin ki, bu layihələr vasitəsilə Avropa ölkələrinə ildə 7-12 milyard kub metr qaz naqil olunacaq.

Xristian Kosturkova

Müsahibənin linki: //paper.standartnews.com/bg/article.php?d=2010-12-13&article=350696

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır