Modern.az

Milli Məclisin yeni deputatları fotoşəkillərlə...

Milli Məclisin yeni deputatları fotoşəkillərlə...

18 Dekabr 2010, 17:11

4-cü çağırış Milli Məclisin 125 deputatından 38-i ilk dəfə mandat qazanan millət vəkilləridir. Modern.az saytının məlumatına görə, ilk dəfə deputat seçilən 38 nəfərin bəziləri geniş ictimaiyyətə yaxşı tanış olsa da, bir çoxları tanınmır. Buna görə də onların üzdən tanınmaları üçün şəkillərini təqdim edirik.


25 saylı Nizami II Seçki Dairəsinin YAP-çı deputatı, 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, 1954-cü il təvəlldlü Sədaqət Vəliyeva.
 
27 saylı Sabunçu II Seçki Dairəsinin YAP-çı deputatı, Bilgəh Bələdiyyəsində hüquqşünası Qalib Salahzadə 1953-cü ildə doğulub, 57 yaşı var.


30 saylı Suraxani I Seçki Dairəsinin hakim partiyadan olan mandat sahibi nisbətən cavandır. Belə ki, Bakı Slavyan Universitetinin kafedra müdiri Sevinc Fətəliyeva 31 yaşı var (doğum ili -1979).


41 saylı Sumqayıt I Seçki Dairəsinin hakim partiyadan olan deputatı Leyla Abdullayeva 51 yaşı var. Sumqayıt şəhər 18 saylı məktəbin direktoru 1959-cu ildə doğulub.

43 saylı Sumqayıt III Seçki Dairəsindən YAP-çı deputat, “Azərkimya” İstehsalat Birliyinin baş direktoru Muxtar Babayevin 43 yaşı var (doğum ili-1967).


44 saylı Sumqayit-Abşeron Seçki Dairəsinin parlamentdəki təmsilçisi Hacı Salayev 1968-ci ildə doğulub. “Azkommunalservis” ASC-nin sədrinin 42 yaşı var.


51 saylı Qusar Seçki Dairəsinin deputatı,  Qusar Telekommunikasiya Qovşağının rəisi, YAP üzvü Azər Badamov 1968-ci ildə dünyaya gəlib, 42 yaşı var.


55 saylı Xaçmaz şəhər Seçki Dairəsindən mandat qazanan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəri, YAP üzvü Arif Əşrəfovun 52 yaşı var (doğum ili-1958).


67 saylı Cəlilabad şəhər Seçki Dairəsinin deputatı Malik Həsənov (“Azinkoholdinq” Tikinti Şirkətinin prezidenti, YAP üzvü) 1971-ci ildə dünyaya gəlib, 39 yaşı var.


70 saylı Masallı şəhər Seçki Dairəsindən mandat qazanan Nəriman Əliyev (“Nur” MMC-nin sədri, YAP üzvü) 1968-ci ildə doğulub, 42 yaşındadır.


79 saylı İmişli Seçki Dairəsi – Əsabil Qasımov – “Karat Holdinq” MMC-nin direktoru, YAP üzvü; doğum ili 1955. Ə.Qasımovun 55 yaşı var.


81 saylı Beyləqan Seçki Dairəsi – Ayaz Orucov - Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri, YAP üzvü, doğum ili -1959. A.Orucovun hazırda 51 yaşı var.


85 saylı Şamaxı Seçki Dairəsinin deputatı Elxan Süleymanov ən yaşlı mandat sahiblərindən biri olub. Belə ki, “Xəzər XXI əsr” şirkətinin və AVCİYA-nın prezidenti 1940-cı ildə doğulub, onun 70 yaşı var.


96 saylı Goranboy-Naftalan Seçki Dairəsinin deputatı da cavan deyil. Bitərəf sahibkar Mahir Aslanov 1949-cu ildə doğulub, 61 yaşı var.


98 saylı Şəmkir şəhər Seçki Dairəsi – Sahibə Qafarova – Bakı Slavyan Universitetinin prorektoru, YAP üzvü; doğum ili-1955. Sahibə xanım həmkarından 2 yaş cavandır, indi onun 55 yaşı var.


111 saylı Zaqatala-Balakən Seçki Dairəsi – Kamilə Əliyeva – BDU-nun müəllimi, YAP üzvü; doğum ili -1967. Onun 43 yaşı var.


117 saylı Oğuz-Qəbələ Seçki Dairəsi – Aqiyə Naxçıvanlı – Azərbaycan Müəllimlər İnstitunun direktoru, YAP üzvü. 1958-ci ildə doğulan Aqiyə xanımın 52 yaşı var.


121 saylı Laçın Seçki Dairəsinin deputatı Nazim Fərəcov (Sumqayıt şəhər Dövlət Sosial Müdafiə Fondunun müdiri, YAP üzvü) 1960-cı ildə dünyaya gəlib, 50 yaşı var.


122 saylı Xankəndi Seçki Dairəsini də parlamentdə yaşlı deputat təmsil edir. Bitərəf təqaüdçü Flora Qasımova 1947-ci il təvəllüdlüdür, 63 yaşı var.


63 saylı Sabirabad I Seçki Dairəsini Milli Məclisdə gənc deputat təmsil edir. “İrəli” İctimai Birliyinin sədri, bitərəf Ceyhun Osmanlının doğum ili 1982-dir, deməli 28 yaşı var. O, parlamentin ən gənc deputatıdır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı