Modern.az

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

Ölkə

20 Dekabr 2010, 12:07

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib. Nazirlik bəyan edib Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq.

"Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danşıqların gərgin vəziyyətdə olduğu bir zamanda atəşkəs rejimini kobud şəkildə pozması heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq"- deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu jurnalistlərə bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, atəşkəs rejimini qorumaq barədə əldə edilmiş son razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri öz təxribatını davam etdirir.
E.Sabiroğlu deyib ki, dekabrın 17-si saat 21:30 radələrində düşmən tərəfindən atılan artileriya mərmisi cəbhədə vəziyyəti yenidən gərginləşdirib.

Aparılan araşdırmalar nəticəsində aydın olub ki, Tərtər rayonunun işğal altında olan Talış yaşayış məntəqəsinin 2,5 km qərb istiqamətindəki mövqelərdən düşmənin BM 21 qrad qurğusundan atdığı 122 mm-lik reaktiv qəlpəli fuqas mərmisi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Borsunlu yaşayış məntəqəsinin yaxınlığına düşüb. Mərminin 15-16 km uzaqlıqdan buraxıldığı etimal edilir. Gecə şəraiti olduğundan onun uçuş izi alova görə müşayiət olunub. Mərminin partlayış səsi və zərbə dalğası ətraf yaşayış məntəqələrində hiss edilsə də, zərər çəkən olmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır