Modern.az

Bakıdan 23 jurnalist Ankaraya getdi

Bakıdan 23 jurnalist Ankaraya getdi

Media

20 Dekabr 2010, 13:22

Azərbaycanın bir qrup media nümayəndəsi bu gün Türkiyəyə yola düşüb. Modern.az saytının məlumatına görə, 20-25 dekabr tarixi arasında gerçəkləşən səfər zamanı KİV nümayəndələri Ankarada təşkil olunacaq türkdilli ölkələrin jurnalistlərinin forumunda iştirak edəcəklər. Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsi ilə bu ölkənin Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən keçiriləcək "Türk Dili Danışan Ölkələrin Media Forumu"na Azərbaycandan 23 jurnalist qatılacaq.

Forumun açılışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edəcək. Baş nazirin müavini Bülənd Arınç, xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyə Mətbuat, Yayım və İnformasiya Baş İdarəsinin baş direktoru Murad Karakaya, Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin sədri Bülənd Aras da açılış mərasimində çıxış edəcəklər.
Sonra forum çərçivəsində “Türk dünyasında siyasi, iqtisadi və sosial əməkdaşlığın inkişafında mətbuatın və qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda seminar keçiriləcək.
Anadolu agentliyinin baş direktoru Hilmi Bengi hazırda AzərTAc-ın sədrlik etdiyi Türkdilli Xəbər Agentlikləri Birliyinin fəaliyyəti və həyata keçirilən əməkdaşlıq layihələri barədə məlumat verəcək.
Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kirpdən televiziya, qəzet və informasiya agentliklərinin rəhbərləri türk dünyası mediasının əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
Forumun yekunlarına dair Bəyannamə də qəbul olunacaq.
Azərbaycandan foruma aşağıdakı media nümayəndələri gedib:

1. Əflatun Amaşov      -  Metbuat Şurasının sədri   

2. Yadigar Məmmədli -  Demokratik Jurnalistlər Liqasının sədri.

3. Arif Əliyev                -  “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri. 

4. Elşad Eyvazlı            -  Parlalment Jurnalistləri Birliyinin sədri.

5. Qənimət Zahid          -  “Azadlıq” qəzetinin baş redaktoru.            

6. Vüsalə Mahirqızı      -  APA-nın baş direktoru.

7. Rauf Arifoğlu            -  “Yeni Müsavat” qəzetinin baş redaktoru.

8. Sevil Nuriyeva          -  Qafqaz Media Mərkəzinin rəhbəri.

9. Natiq Pənahlı            -  “Zaman-Azərbaycan” qəzetinin əməkdaşı.

10. Elçin Şıxlı               -  “Ayna- Zerkalo” qəzetinin baş redaktoru.

11. Aqil Camal             -  “Türküstan” qəzetinin baş redaktoru.

12. Vüsal Gözəlov       -  “Xəzər” TV-nin əməkdaşı.                                   

13. Rəşad Məcid         -  “525-ci qəzet”in baş redaktoru.

14. Hikmət Babaoğlu    -  “Yeni Azərbaycan” qəzetinin baş redaktoru.

15. Vüqar Səfərli           -   KİV DF-nin icraçı direktoru.

16. Nuşirəvan Məhərrəmli - Milli Teleradio Şurasının sədri.

17. Yaşar Quluzadə          -  AzərTAc-ın əməkdaşı.

18. Süleyman Ünal          -  “Zaman –Azərbaycan” qəzetiunin əməkdaşı.

19. Hüseyn Dinləməz       -  “Xəzər” TV-nin əməkdaşı.

20. Mustafa Saatçı           -  “Dialoq Avrasya” jurnalının koordinatoru.

21. Useyd Dinleməz         -  “Bürc” FM radiosunun əməkdaşı.

22. Arif Gömleksiz           -  “Çağ Öyrətim” Şirkətinin əməkdaşı.

23. Sevil Yusifova            -  Jurnalist Qadınlar Asossiasiyasının rəhbəri.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir