Modern.az

İranda 11 sünnini asıblar

İranda 11 sünnini asıblar

Dünya

20 Dekabr 2010, 15:29

İran sünni hərbiləşmiş qrupa mənsub olan 11 nəfərin asılmaqla edam edildiyini bildirib.

 

Tehran rəsmiləri xəbər veriblər ki, bu 11 nəfər "Condullah" qrupunun üzvü idi və onlar ötən həftə 40 nəfərə qədər insanın həyatına bais olmuş intiharçı bomba partlayışı ilə bağlı edam olunublar.

 

Xəbər verildiyinə görə, bu qrup Sistan-Bəluçistan əyalətindəki Çabahar məntəqəsində bomba partlayışı törətdiyini etiraf edib.

 

"Condullah"  təşkilatı İranda uzun müddətdir ki, davam edən üsyan hərəkatında iştirak edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu