Modern.az

Azərbaycanda təhsil alan əcnəbilər 6 əsas universitetimizi seçirlər

Azərbaycanda təhsil alan əcnəbilər 6 əsas universitetimizi seçirlər

21 Dekabr 2010, 10:30

Azərbaycanda təhsil alan əcnəbi tələbələri sayı ilbəil artmaqdadır. Statistik məlumatlara görə,  ölkənin ali təhsil ocaqlarında 50 ölkədən 6500-dən çox əcnəbi tələbə təhsil alır. Xarici tələbələr əsasən dövlətlərarası müqavilə və universitetlərarası anlaşma yolu ilə ölkəmizin aparıcı ali təhsil ocaqlarında ödənişli təhsil alırlar. Bu haqda Modern.az-a Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən məlumat verilib.
Nazirlikdən onu da bildiriblər ki, əcnəbi vətəndaşlar daha çox  Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Uinversiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Memarlıq və İnşaat Universitetinin bakalavr və magistratura pilləsində 60-dan çox ixtisas üzrə təhsil alırlar. Əcnəbilər arasında qonşu ölkələrin vətəndaşları ilə yanaşı, Avropa ölkələri, ABŞ, Yaponiya, Çin, Hindistan, Cənubi Koreya, İndoneziya və bir sıra ölkələrin vətəndaşları da var.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir