Modern.az

Milli Məclis “Siyasi partiyalar haqqında" qanunla bağlı komissiya yaradacaq

Milli Məclis “Siyasi partiyalar haqqında" qanunla bağlı komissiya yaradacaq

Parlament

21 Dekabr 2010, 13:01


Bu gün dördüncü çağırış Milli Məclisin növbəti iclası keçirilir. Bu, 2010-cu il ərzində yeni parlamentin 3-cü iclasıdır. Modern.az saytı xəbər verir ki, iclasın gündəliyinə müxtəlif beynəlxalq konvensiyaların təsdiqi, Ali Məhkəmənin hakimlərinin təsdiqi və medianın aktiv müzakirə etdiyi “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” konstitusiya qanununa əlavə və dəyişikliklər layihəsinin müzakirəsi daxildir.

Əvvəlcə Milli Məclisin spikeri Oqtay Əsədov çıxış edib. O, bildidb ki, Avropa Parlamentinin Ermənistan üzrə məruzəçisi Tomaş Porebanın Azərbaycanın ərazi bütövlüyünü pozaraq Ermənistandan Dağlıq Qarabağa getməklə öz səviyyəsizliyini göstərib. O.Əsədov deyib ki, Milli Məclisin müvafiq komitələrinə bununla bağlı mövqe bildirmək üçün tapşırıq verib. Avropa Parlamenti nümayəndəsinin Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik nümayiş etdirdiyini deyən spiker özü də bununla bağlı mövqeyini Avropa Parlamentindəki həmkarlarına çatdıracağını qeyd edib.

MM-in Beynəlxalq əlaqələr komitəsinin sərdi Səməd Seyidov da çıxışında Avropa Parlamentinin nümayəndəsinin addımını pisləyib. Komitə sədri məsələ ilə bağlı Avropa Parlamentinə məktub göndəriləcəyini qeyd edib. 

Cari məsələlər müzakirə edilərkən deputat Fazil Mustafa və Qüdrət Həsənquliyev “Siyasi partiyalar haqqında” qanunun yenidən hazırlanması məsələsini qaldırıblar. Qüvvədə olan qanunun günün tələblərinə cavab vermədiyini diqqətə çatdıran deputatlar bildiriblər ki, yeni qanun layihəsinin hazırlanması üçün konkret addımlar atılmalıdır. Milli Məclisdə təmsil olunmuş partiya sədrləri həmçinin siyasi partiyaların maliyyələşməsi məsələsini də bu qanun layhəsində əks olunmasını istəyiblər.

Milli Məclisin vitse-spikeri Bahar Muradova da “Siyasi partiyalar haqqında” qanunun dəyişdirilməsi təklifini dəstəkləyib.

Spiker Oqtay Əsədov deputatların bununla bağlı qaldırdığı məsələyə münasibət bildirərkən deyib “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi üçün parlamant komissiyası yaradıla bilər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır