Modern.az

Deputat parlamentdə yeni komitələrin yaradılmasını təklif etdi

Deputat parlamentdə yeni komitələrin yaradılmasını təklif etdi

21 Dekabr 2010, 13:17

Milli Məclisin dekabrın 21-də keçirilən iclasında deputat, BAXCP sədri Qüdrət Həsənquliyev parlamentin 4 yeni komitəsinin yaradılması təklifi ilə çıxış edib. Modern.az-ın məlumatına görə, Qüdrət Həsənquliyevin fikrincə, Milli Məclisdə Qarabağ, Avrointeqrasiya məsələləri, Büdcə və Büdcəyə nəzarət, eləcə də Türk və MDB respublikaları ilə iş üzrə komitələr yaradılmalıdır.

Q.Həsənquliyev ölkədə siyasi islahatların aparılmasının labüdlüyünü bir daha önə çəkərək Azərbaycanda çoxpartiyalı sistemin inkişafı üçün bir sıra təxirəsalınmaz addımların atılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, parlamentdə təmsil olunan digər partiyaların təmsilçilərinin Milli Məclisin rəhbər strukturlarında yer almamaları çoxpartiyalı sistemin inkişafı ilə bağlı prinsiplərə uyğun gəlmir.
Onun fikrincə, yeni komitələrin yaradılmalı və həmin komitələrin rəhbərliyinə müxalifətdən olan millət vəkilləri seçilməlidir. Deputatın sözlərinə görə, parlamentdə 12 nəfər olan müxalifətçi millət vəkilləri arasında nə komitə sədri var, nə də müavin.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər