Modern.az

Magistraturaya qəbul imtahanının vaxtı məlum olub

Magistraturaya qəbul imtahanının vaxtı məlum olub

Ölkə

21 Dekabr 2010, 13:57

2011/2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanına ərizə qəbulu 2011-ci il yanvarın 25-dən fevralın 7-dək aparılacaq. Modern.az TQDK-ya istinadla xəbər verir ki, qəbul imtahanının I mərhələsi 2011-ci il fevralın 20-də keçiriləcək. Qeyd edək ki, qəbul qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni  üzrə bilikləri  yoxlanılacaq.

Qəbulla bağlı elanın tam mətni “Magistr” xüsusi buraxılışının növbəti sayında dərc olunacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü