Modern.az

Milli Məclis Ombudsmanın səlahiyyətlərini artırdı

Milli Məclis Ombudsmanın səlahiyyətlərini artırdı

Parlament

21 Dekabr 2010, 14:15

Bu gün dördüncü çağırış Milli Məclis “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” konstitusiya qanununa əlavə və dəyişikliklər layihəsinin müzakirə edib və təsdiqləyib.

Modern.az-ın məlumatına görə, qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin bəzi deputatları onun əleyhinə çıxsalar da, səsvermədə bu özünü göstərməyib. Cəmi bir deputat əleyhinə səs verib.

“Milli Məclisin 2005-ci ildə qəbul etdiyi “İnformasiya əldə etmək haqqında” qanunda mətbuat üzrə Ombudsman institutunun yaradılması və ombudsmanın təyin edilməsi nəzərdə tutulurdu.

Bu gün “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” konstitusiya qanununa edilən əlavəyə görə,  mətbuat üzrə Ombudsman səlahiyyəti indiki Ombudsman Elmira Süleymanovaya verilidi.

Milli Məclisin deputatı Elmira Axundova müzakirələr zamanı təklif edib ki, Ombudsman Aparatında tanınmış jurnalistlərdən ibarət Mətbuat qrupu yaradılmalıdır: "Əgər mətbuat üzrə Ombudsmanın səlahiyyətləri insan hüquqları üzrə Ombudsmana verilirsə, o zaman Müvəkkil Aparatında informasiya ilə məşğul olan qrup və yaxud əlavə ştat yaradılmalıdır".

Qeyd edək ki, yalnız deputat İqbal Ağazadə mətbuat Ombudsmanının səlahiyyətlərinin insan hüquqları üzrə Ombudsmana verilməsinin əleyhinə səs verib.




Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı