Modern.az

Azərbaycan-Türkiyə yardım müqaviləsinin əleyhinə bir deputat səs verdi

Azərbaycan-Türkiyə yardım müqaviləsinin əleyhinə bir deputat səs verdi

Parlament

21 Dekabr 2010, 14:25


Milli Məclisin bu günkü iclasında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” ratifikasiya edilib.
Bu müqavilə barədə məlumat verən Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, sənəd iki ölkə arasında ciddi siyasi əhəmiyyəti var.

Modern.az xəbər verir ki, millət vəkili Vahid Əhmədov isə bu sənədin Qars müqaviləsindən sonra Azərbaycan üçün ən mühüm sənəd olduğunu deyib və sənədi müzakirəsiz qəbul etəməyə çağırıb. Millət vəkilləri belə də ediblər. Müzakirə açmadan sənəd təsdiq olunub. Sənədin lehinə 110 nəfər lehinə, 1 nəfər əleyhinə səs verib.

Müqavilə iki ölkə arasında hərbi əlaqələrin və təhlükəsizlik məsələsi ətrafında aparılan əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. 

Sənəddə qeyd olunur ki, hər hansı bir ölkənin ərazi bütövlüyünə təcavüz olarsa və onun bütövlüyünün təminatı üçün biri digərinə hərbi yardım göstərir. Hərbi yardımın ümumi həcmi, ümumi miqdarı danışıqlar səviyyəsində və təhlükənin miqyasına adekvat müəyyənləşir. Daha sonra burda hərbi müdafiə təyinatlı məhsulların birgə istehsalı və eyni zamanda hərbi təlimlərin keçirilməsi, silahlı qüvvələr üçün lazım olan kadrların hazırlanması məsələsi yer alıb.

Ratifikasiya olunacaq sənəddə qeyd olunur ki, Azərbaycan Türkiyənin əleyhinə olan təhlükələr halında onunla bərabər iştirak etmək vəzifəsini götürür. Sənəd həmçinin başqa xarakterli məsələlərdən, xüsusən iqtisadi, elmi, mədəni, təhsil, parlamentlərarası əlaqələrdən ibarət müddəaları özündə əks elətdirir. Xüsusən də enerji sahəsində əməkdaşlığı gələcək dövrdə yeni mərhələyə qaldırmaq, enerji sahəsində birgə komisiya yaradılması məsələsini əsas tutur.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır