Modern.az

Deputatlar Milli Məclisdə hicabdan danışdılar

Deputatlar Milli Məclisdə hicabdan danışdılar

21 Dekabr 2010, 17:45

Oqtay Əsədov: "Yığışdırın bu söhbətləri, hicab məsələsi qanunvericilik predmeti deyil"


Azərbaycandakı ümumtəhsil məktəblərində hicaba qoyulan qadağa ilə əlaqədar məsələ dekabrın 21-də Milli Məclisin iclasında da müzakirəyə çıxarılıb. Modern.az parlamentdən xəbər verir ki, Təhsil Nazirliyinin şagirdlərin hicabla dərsə gəlmələrinə qoyduğu qadağa deputatlar tərəfindən də dəstəklənib.

Təhsil Nazirliyinin hicab qadağasını dəstəklədiyini vurğulayan deputat Zahid Oruc bildirib ki, bu məsələdn istifadə edib cəmiyyəti qızışdıran təşkilatlar xaricdən gizli öphdəlik götürüblər.

Millət vəkili Siyavuş Novruzov da həmkarının sözünə qüvvət verib. O, bildirib ki, keçən əsrin əvvəllərində çadra atılıb, indi 21-ci əsrin əvvəlində hicaba qayıdış yolverilməzdir.

Spiker Oqtay Əsədov  məsələyə münasibət bildirərkən deyib ki, hicabla bağlı qadağa yalnız orta məktəblərdə tətbiq olunur: “Kim deyir başqa yerlərdə hicab geyinilməsin?”

Deputat Aqil Abbas hicab məsələsinin parlamentdə müzakirəsindən narazılıq edib. Onun sözlərinə görə, hicabın tərəfdarları olan qüvvələrin məqsədi bu məsələnin məhz Milli Məclisdə müzakirə olunmasina nail olmaq idi.

Millət vəkili Elmira Axundova isə təklif edib ki, qanunvericiliyə təhsil ocaqlarında hicab geyinməklə bağlı qadağa nəzərdə tutan əlavələr olunsun.

Milli Məclisin sədri Oqtay Əsədov bu təklifin əleyhinə çıxaraq deputatları hicab məsələsindən danışmağı dayandırmağa çağırıb və deyib ki, hicab qanunvericilik predmeti ola bilməz.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür