Modern.az

Qızıl bazarında saxtalaşdırmaya görə 8 sahibkarın işi hüquq-mühafizə orqanlarına verilib

Qızıl bazarında saxtalaşdırmaya görə 8 sahibkarın işi hüquq-mühafizə orqanlarına verilib

22 Dekabr 2010, 13:39


Azərbaycanda qızıl məmulatlarının satış bazarındakə vəziyyət heç vaxt birmənalı qiymətləndirilməyib. Mağazalarda qızılların keyfiyyəti, tərkibi, standartlara uyğunluğu ilə bağlı fərqli fikirlər səsləndirlir. Bəs əslində vəziyyət necədir?

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində dövlət əyar nəzarətini və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahəsində dövlət nəzarətini Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti həyata keçirir.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev Modern.az saytına bildirib ki, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyektlərinə dövlət nəzarətinin həyata keçirilməsi üçün normativ-hüquqi baza yaradılıb.

Onun sözlərinə görə, qiymətli metallar və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi ilə bağlı 2005-ci il 10 iyun tarixli 924-IIQ nömrəli «Qiymətli metallar və qiymətli daşlar haqqında» Qanun qəbul edilib, onun tətbiq edilməsi barədə ölkə prezidenti 2005-ci il 22 noyabr tarixli 317 nömrəli fərman imzalayıb.

«Qiymətli metallar və qiymətli daşlar haqqında» Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahələrində fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi ilə əlaqədar ölkə başçısının müvafiq fərmanı var. Nazirlikdən bildirilib ki, həmin fərmanının icrası ilə bağlı sahibkarlar tərəfindən edilmiş müraciətlərə əsasən, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi ilə bağlı ümumilikdə indiyədək 1501 sayda xüsusi razılıq (lisenziya) verilib.

Nazirlik rəsmisi deyib ki, «Qiymətli metallar və qiymətli daşlar haqqında» Qanununun 10.3 bəndinə əsasən Azərbaycan Respublikası sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları Azərbaycan Respublikası dövlət əyar damğası ilə damğalanmalıdır.

O da qeyd edilib ki, Nazirlər Kabinetinin 2006-cı il 10 may tarixli 121 nömrəli qərarı ilə «Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları» təsdiq edilib. Həmin qaydalara əsasən, qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları damğalanmadan öncə analiz və ekspertiza olunmalıdır.

Bununla əlaqədar, Nazirlər Kabinetinin 2008-ji il 9 iyul tarixli 153 nömrəli qərarı ilə «Əyar damğalarının növləri və quruluşu» təsdiq edilib. Zərgərlik məmulatlarının əyarı müəyyən edilmiş əyardan aşağı olarsa, həmin məmulatlar qiymətli metaldan olan məmulatlar sayılmır.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına o da bildirilib ki, dövlət əyar nəzarətinin həyata keçirilməsi zamanı bir çox hallarda xarici ölkələrin dövlət əyar damğaları ilə damğalanmış qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının keyfiyyətinin müvafiq tələblərə və istehlakçıların mənafeyinə uyğun gəlməməsi, həmçinin həmin məmulatların üzərində həkk olunmuş əyar göstəricilərinin reallığı əks etdirməməsi və Azərbayjan Respublikasında qəbul edilmiş əyarlardan aşağı olması faktları aşkar olunur.
”Damğalanmaq üçün təqdim edilmiş məmulatların əyarı aşağı olduqda onların üzərində həkk olunmuş rəqəmlər və əyar damğaları silinməklə müəyyən edilmiş əyara uyğun damğalanır”.

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti nəzarətin tam formada həyata keçirilməsi üçün son vaxtlar yüksək səviyyədə müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya quraşdırılıb. Laboratoriya Almaniya istehsalı olan kimyəvi tərkibin və əyarın təyini üçün iki ədəd rentgen spektrometri, əyar damğaları işlərinin diaqnostikası üçün videosistem, damğavuran lazer dəzgahı, stasionar və mini hemmoloci laboratoriyalar, ABŞ istehsalı olan hemmoloci mikroskop, İsrail istehsalı olan kolorimetr, etiketvuran, elektron tərəzilər, brilyantların cilalanmasının qiymətləndirmə sistemi, digər lazımi avadanlıq və jihazlarla təchiz edilib.

Xidmətin laboratoriyasında quraşdırılmış bütün avadanlıqlar Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlamadan keçmiş və İSO/İEJ 17-025 beynəlxalq standartına uyğun olaraq akkreditasiya olunmuşdur.
Beləliklə, laboratoriyada aparılmış analizlərin nəticəsi beynəlxalq standartlara cavab verir.
   
”Həmçinin, zəruri cihaz və avadanlıqlarla təchiz edilmiş «Mersedes-Benz»-«Sprinter» mikroavtobusunda yaradılmış mobil laboratoriya vasitəsilə Respublikanın regionlarında fəaliyyət göstərən sahibkarlar tərəfindən istehsal edilən və xaricdən gətirilərək ticarət şəbəkələrində satışa çıxarılan qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları üzərində mütəmadi əyar nəzarətinin həyata keçirilməsi təmin edilir”-deyə Mais Piriyev bildirib.

«Qiymətli metallar və qiymətli daşlar haqqında» Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunverijilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» prezident 2007-ci il 17 aprel tarixində 320-IIIQD nömrəli Qanun imzalayıb. Həmin qanunda qiymətli metallar və qiymətli daşları dövlətə satmaqdan yayınmağa və dövlət əyar damğalarını saxtalaşdırmağa görə Azərbaycan Respublikasının cinayət, üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışına görə isə İnzibati Xətalar Məcəlləsində müəyyən məsuliyyət tədbirləri nəzərdə tutulub.

Belə ki, Cinayət Məcəlləsinin 213-3 maddəsinə əsasən, qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar damğalarını saxtalaşdırma 1000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər bir il ərzində təkrar törədildikdə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nazirlikdən saytımıza verilən məlumata görə, keçirilmiş yoxlamalar zamanı dövlət əyar damğalarını saxtalaşdırma faktı aşkar edilmiş 8 sahibkarın yoxlama materialı Cinayət Məcəlləsinin 213-3 maddəsinə uyğun olaraq baxılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

Azərbayjan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 238-1 maddəsinə əsasən, qanunverijiliklə müəyyən edilmiş hallar istisna olmaqla, üzərində Azərbaycan Respublikasının dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatının satışına görə fiziki şəxslər 100 manatdan 400 manatadək miqdarda, vəzifəli şəxslər 500 manatdan 800 manatadək miqdarda, hüquqi şəxslər 1000 manatdan 3000 manatadək miqdarda cərimə edilir.

Nazirliyin məlumatına görə, ötən dövr ərzində yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş şəxslər barəsində tərtib edilmiş inzibati xəta protokollarına əsasən inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında çıxarılmış qərarlarla 174850 manat məbləğində inzibati cərimənin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

«Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» prezidentin  2005-ci il 22 noyabr tarixli 317 nömrəli fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2007-ci il 09 oktyabr tarixli 162 nömrəli Qərarı ilə «Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, daşınması, hesabatının aparılması, habelə onlarla əməliyyatlar aparılması Qaydaları» təsdiq edilib.

Qeyd edilən qərarın 20-ci bəndinə əsasən mülkiyyət formasından asılı olmayaraq qiymətli metallardan istifadə edən, avadanlıqlarının tərkibində qiymətli metallar olan müəssisə və təşkilatlar təsdiq edilmiş formalar üzrə müəyyən edilmiş müddətdə hesabatları Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub