Modern.az

Ziyafət Əsgərov: "Müharibənin hələ yalnız 1-ci mərhələsi bitib"

Ziyafət Əsgərov: "Müharibənin hələ yalnız 1-ci mərhələsi bitib"

Parlament

23 Dekabr 2010, 13:27

Milli Məclisin 1-ci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunacağı günün çox uzaqda olmadığını bildirib:
"Dəfələrlə qeyd etmişik və bu gün də bəyan edirəm ki, torpaqların azad olunması günü çox uzaqda deyil. Siz bunun şahidi olacaqsınız. Bu gün dünyada siyasi və hərbi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə dəyişir".
Jurnalistlərə açıqlamasında Z.Əsgərov deyib ki, Daölıq Qarabağda gedən müharibənin yalnız birinci mərhələsi bitib:
"Müvəqqəti olaraq Ermənistan qoşunlarının Dağlıq Qarabağ və ona bitişik ərazilərdə yerləşdirilməsi müharibəni udmaq mənasına gəlmir. Bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır”.
1-ci vitse-spikeri deyib ki, sülh missiyasını üzərinə götürən Rusiyanın Ermənistanı silahlandırması onun sülhyaratma missiyasına xələl gətirir. “Dəfələrlə demişik ki, Rusiyanın Ermənistanı silahlandırmasının qarşısı alınmalıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan ordusu hərbi yolla torpaqlarımızı işğaldan azad etməyə qadirdir".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır