Modern.az

Oqtay Əsədov Milli Məclisin NATO PA-ya gedəcək deputatlarını qəbul edib

Oqtay Əsədov Milli Məclisin NATO PA-ya gedəcək deputatlarını qəbul edib

23 Dekabr 2010, 17:41

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, dekabrın 23-də Milli Məclisin Sədri Oqtay Əsədovun yanında ölkəmizi NATO Parlament Assambleyasında təmsil edəcək deputatlarla - Milli Məclis Sədrinin birinci müavini, NATO PA-da nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərov, üzvləri Siyavuş Novruzov, Tahir Süleymanov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyevlə işgüzar görüş keçirilib.

Görüşdə Azərbaycanın mötəbər beynəlxalq qurumlarla, o cümlədən NATO PA ilə əlaqələrinin əhəmiyyətindən və Avratlantik strukturlarla əməkdaşlığın perspektivlərindən danışılıb.

Parlamentin Sədri ölkəmizi təşkilatda təmsil edəcək nümayəndə heyətinin üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və öz tövsiyələrini verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü