Modern.az

YAP bu il 20 min nəfəri öz tərəfinə çəkə bilib

YAP bu il 20 min nəfəri öz tərəfinə çəkə bilib

Ölkə

23 Dekabr 2010, 19:51

Yeni Azərbaycan Partiyasının sıralarında 530 minə yaxın insan cəmləşib. Bu məlumatı hakim partiyanın icra katibi Əli Əhmədov verib. Onun sözlərinə görə, 2010-cu il ərzində Yeni Azərbaycan Partiyası sıralarını genişləndirib. İl ərzində Yeni Azərbaycan Partiyasının sıralarına 20 mindən çox yeni üzv daxil olub.

“Sevindirici haldır ki, YAP-ın sıralarında gənclərin sayı sürətlə artır. 2010-cu ildə partiyamızın sıralarına daxil olan yeni üzvlər arasında gənclərin üstünlük təşkil etməsini xüsusi vurğulayaraq, demək istəyirəm ki, bu, partiyamızın gələcək inkişaf perspektivləri baxımından geniş imkanlar açır”-deyə Ə.Əhmədov vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir