Modern.az

Əli Əhmədov iş icraçısına maşın bağışladı

Əli Əhmədov iş icraçısına maşın bağışladı

24 Dekabr 2010, 12:21


Bu gün Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının yeni qərargahı istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə partiya rəhbərliyi iştirak edib. Modern.az-ın tədbirdə olan əməkdaşının verdiyi məlumata görə, partiyanın icra katibi Əli Əhmədov yeni binanı tikən iş icraçısı Vüqar Cabbarova avtomobil hədiyyə edib. İcra katibi qeyd edib ki, YAP-ın Səbail təşkilatının 23 min üzvü var.

Binanın təməli 2009-cu il noyabrın 21-də atılıb. Bir il müddətinə inşaası başa gələn yeni bina 1 texniki və 3 əsas mərtəbədən ibarətdir. Binanın ümumi sahəsi 1400 kv. m-dir. Binada 21 kabinet və iş otağı, 120 nəfərlik konfrans zalı var. Binanın 3-cü mərtəbəsində YAP-nın yaradıcısı Heydər Əliyevin büstu qoyulub və həmçinin H.Əliyevin fəaliyyətini əks etdirən güşə yaradılıb. 

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?