Modern.az

Parlament sitatları: Murtuz Ələsgərov müxalifətə nəyi məsləhət görüb?

Parlament sitatları: Murtuz Ələsgərov müxalifətə nəyi məsləhət görüb?

24 Dekabr 2010, 13:31

Modern.az Milli Məclislə bağlı ötən həftə başladığı yeni layihəsini davam etdirir. “Parlament sitatları” adlanan bu layihədə son 6 ildə Milli Məclisin deputatı olmuş şəxslərin iclaslardakı çıxışlarından maraqlı sitatları sizə təqdim edirik. Bu illərdə parlamentə çox deputatlar gəlib-gedib, xeyli sular axıb-durulub. Vaxtilə Milli Məclisin iclas zalında əyləşənlərin bir qismi artıq deputat mandatına sahib deyil, bir çoxları heç bir vəzifə tutmur. Amma parlament tarixində onların sitatları qalıb. Bu dəfə də deputatların maraqlı replikalarınl təqdim edirik.

4 dekabr 2004-cü il. Milli Məclisin səhər iclası.

İclasda müxalifətdən olan deputatlar mitinq keçirmək üçün partiyalara imkan yaradılmasını tələb edirlər. Parlamentin sədri Murtuz Ələsgərov buna münasibəti belə olub:

Murtuz Ələsgərov: “Qoy baş verən hadisələr keçsin, bir özünüzə gəlin. (2003-cü ilin oktyabr hadisələrini nəzərdə tutur). Sonra baxın bir mitinq keçirmək hüququnuz var, ya yox. Buna hüququnuz var, amma bu hüquqdan sui-istifadə edirsiniz...”.

28 dekabr 2004-cü il. Milli Məclisin səhər iclası.

İclasda cari məsələlər zamanı deputatların Qarabağ məsələsinin parlamentdə müzakirə edilməsi ilə bağlı təkliflərinə spikerin reaksiyası belə olub:

Murtuz Ələsgərov: “Qarabağla bağlı aparılan danışıqlar elə səviyyəyə gəlib çatıb ki, gələn il torpaqlarımızın xeyli hissəsi azad olunmalıdır. Azərbaycan xalqı ordusu vasitəsi ilə torpaqlarını işğaldan azad etməyə qadirdir. Ola bilsin ki, 2005-ci ildə torpaqların bir hissəsi işğaldan azad ediisin...”.

1 mart 2005-ci il. Milli Məclisin səhər iclası...

Ölkədə seçki ərəfəsində olan siyasi vəziyyətin gərginliyi hiss edilir. Hakimiyyətyönlü deputatlar “Britiş Perolium”u müxalifətlə əlaqədə ittiham edirlər.

Zahid Oruc: “Britiş Petrolium” kompaniyası son dövrlər narazı qüvvələrin, müxalifətin cəmləşdiyi yerə çevirilib. Kompaniya müxalifətyönlü mətbuatı öz işçiləri arasında paylayır... Bu sübut edir ki, ölkənin gələcək həyatına yönəlik müxtəlif planlarda bu kompaniya kimlərəsə maliyyə və təlimat dəstəyi göstərir”...

11 mart 2005-ci il. Milli Məclisin səhər iclası

Cəmil Həsənli: “Bakı şəhərində və rayonlarda saxlanılan pritonların böyük hissəsi polis rəisləri ilə bağlıdır. Daxili işlər orqanlarında böyük biabırçılıqlar, MQCMİ-də dəhşətli fəlakətlər baş verir...”.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi