Modern.az

Milli Məclisin yeni deputatları fotoşəkillərlə... (II hissə)

Milli Məclisin yeni deputatları fotoşəkillərlə... (II hissə)

24 Dekabr 2010, 14:25

Tanımadığımız millət vəkilləri...

Dördüncü çağırış Milli Məclisin 125 deputatından 38-i ilk dəfə mandat qazanan millət vəkilləridir. İlk dəfə deputat seçilən 38 nəfərin bəziləri geniş ictimaiyyətə yaxşı tanış olsa da, bir çoxları tanınmır. Modern.az saytı ictimaiyyətin üzdən tanıçmadığı yeni mandat sahiblərinin bir çoxunu ötən həftə şəkillərlə təqdim etmişdi.
Bu dəfə qalan daha bir neçə yeni deputatı şəkillərlə sizə tanıdırıq.

11 saylı Qaradağ Seçki Dairəsindən mandat qazanan “Azəraqrartikinti” ASC-nin prezidenti, YAP üzvü Ağalar Vəliyev 1957-ci il təvəllüdlüdür. Onun 53 yaşı var. MM-in İqtisadi siyasət komitəsinin üzvüdür.

15 saylı Yasamal I Seçki Dairəsini parlamentdə təmsil edən “Lider” TV-nin sabiq əməşdaşı, bitərəf  Etibar Hüseynovun 42 yaşı var, o, 1968-ci ildə dünyaya gəlib. Partiya mənsubiyyəti yoxdur. MM-in Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür.


39 saylı Kəpəz I (Gəncə) Seçki Dairəsindən seçilən Gəncə Avtomobil Zavodunun direktoru, YAP üzvü  Xanlar Fətiyevi də cavan saymaq olar –38 yaş (doğum ili -1972). MM-in Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.


41 saylı Sumqayıt I Seçki Dairəsinin hakim partiyadan olan deputatı Leyla Abdullayeva 51 yaşa malikdir. Sumqayıt şəhər 18 saylı məktəbin direktoru 1959-cu ildə doğulub. MM-in Mədəniyyət komitəsinin üzvüdür.

56 saylı Xaçmaz kənd Seçki Dairəsindən mandat qazanan Prezident Administrasiyası regional idarəetmə və özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, YAP üzvü İlham Əliyevin doğum ili 1967-dir, 43 yaşı var. MM-in İqtisadi siyasət komitəsinin üzvüdür.


95 saylı Tərtər Seçki Dairəsinin deputatı “Lider” TV-nin siyasi icmalçısı, bitərəf Sahib Alıyev 1964-cü ildə dünyaya gəlib, deməli 46 yaşa sahibdir. MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.


103 saylı Gədəbəy Seçki Dairəsinin deputatı, Gənclər və İdman Nazirliyinin şöbə məsləhətçisi, YAP üzvü Sevinc Hüseynovanın doğum ili 1970-ci ildir. Sevinc xanımın 40 yaşı var. MM-in Sosial siyasət komitəsinin üzvüdür.


115 saylı Şəki kənd II Seçki Dairəsi – Cavanşir Feyziyev – “Avromed” şirkətinin direktoru, bitərəf; doğum ili – 1963. Cavanşir müəllim hazırda 47 yaşındadır. MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.


Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu